ABŞ Konqresi vergi islahatlarına dair səsvermə keçirib.
Qanun layihəsini 227 konqresmen təsdiq edib, 205-i isə bunun əleyhinə səs verib.
Hazırda məsələ digər bir plan haızrlayan Senata ötürülür.
Bu gün səhər səsvermədən öncə ABŞ prezidenti Donald Tramp respublikaçı nümayəndələrlə görüşü zamanı bir daha genişmiqyaslı islahatların təsdiqinə çağırıb.
Səsvermənin açılışında Nümayəndələr Palatasının spikeri Pol Rayan qanunvericilərə müraciət edərək, vergi islahatlarının ən böyük tarixi hadisə kimi həyata keçirilməsinə çağırıb.
Respublikaçılar kifayət qədər səs toplayacaqlarına ümid edirdi.
Vergi islahatları korporasiyaların 35 faizlik vergi ödənişlərini 20 faizə endirilməsini, habelə milyonlarla orta sinif vergiödəyənlərinin vergilərinin ixtisarını nəzərdə tutur.
Bu təşəbbüs ölkənin üzunmüddətli borclarını artıracaq. Yəni hazırda mövcud olan 20 trillionluq borcün ustünə 1.5 trillion dollar əlavə ediləcək.
10 aylıq hakimiyyəti dövründə qanunvericilikdə böyük zəfər əldə etməyə nail olmayan Tramp Konqresi islahatları Milad bayramınadək qəbul etməyə çağırıb.
Təklif edilən dəyişikliklər birmənalı qarşılanmır və demokratlardan heç biri təşəbbüsə dəstək vermir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?