Kiyev ABŞ-la Donbasa qarşı hərbi ittifaq yaratmaq niyyətindədir.
Bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbərinin müavini Frants Klintseviç deyib.
O bildirib ki, Rusiya bu ittifaqa qarşı lazımi tədbirlər görəcək:
“Ukrayna Xarici işlər naziri Pavel Klimkin Vaşinqtondan aldıqları silahlar qarşılığında Kiyevin amerikalılara “Ruslarla mübarizə üsulu” adlı yardımlaşma kampaniyası təşkil edəcəyini bildirib. Bu sözlər xülyadır. Üstəgəl ABŞ-ın buna reaksiyası hələ ki, bəlli deyil. Ukraynanın indiki hakimiyyəti ilə danışıqlar aparmaq qeyri-mümkündür. Lakin tərəflər onu da bilməlidilər ki, Rusiya bu məsələni kənardan müşahidə etməyəcək”.
Senator onu da əlavə edib ki, Kreml hər zaman münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?