"NATO-dan əvvəl biz var idik. Bu təşkilatın tərkibində olmasaq, dünyanın sonu olmaz".
Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib. NATO təlimində Atatürklə Ərdoğanın düşmən qiyafəsindəki fotolarının atəş hədəfinə qoyulmasına sərt etiraz edən MHP lideri deyib ki, baş verən hadisə izahı olmayan rəzillikdir: "Üzr istəməklə bu rəzilliyi aradan qaldırmaq mümkün deyil. "Ya hər şey, ya da heç nə"nin artıq sərhədinə yaxınlaşmışıq. NATO yoxkən, biz vardıq, gərəkirsə, biz bu qurumda olmaya bilərik. Belə də dünyanın sonu olmaz". Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?