Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bir gecə qəfil gələ bilərik” sözləri ilə xəbərdarlığını etdiyi Afrin əməliyyatı hər an başlaya bilər.
Məlumata görə, PYD-nin Afrin istiqamətində irəliləməsinin qarşısının alınması üçün əməliyyatın başlama ehtimalı yaranıb. İdlibdə 3-cü müşahidə məntəqəsini yaratmaq üçün Suriyaya daxil olan Türkiyə ordusunun bir hissəsi Afrinə istiqamətlənib. Afrinə göndərilən qrupların məqsədinin terrorçuları qovaraq ərazini təhlükəsiz vəziyyətə gətirmək olduğu bildirilib. Qeyd edək ki, PYD terrorçuları Afrin istiqamətində cəmləşərək ərazidə terror koridoru yaratmaq isyəyirlər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?