Zimbabve paytaxtı Hararenin küçələrində prezident Robert Muqabenin 37 il hakimiyyətdə olduqdan sonra istefa verməsi xəbəri bayram kimi təntənə edilir.
Keçmiş vitse-prezident Emmerson Mnanqaqva çərşənbə, ya da cümə axşamı günü prezident kimi and içəcəyi gözlənilir. Bu haqda iqtidardakı ZANU-PF partiyası xəbər verib.
Harare küçələrində insanlar rəqs edərək, Muqabenin gedişi haqda xəbərləri bayram kimi qarşılayıb.
Amerikanın Səsinin Zimbabve xidməti ilə danışan Harare sakini deyib: “Bu, dönüş nöqtəsidir...Biz zimbabveililər son dərəcə həyacanlıyıq və Tanrıya təşəkkür edirik. Bizim dualarımıza cavab verilb. Biz 37 il çox əziyyət çəkmişik.”
Robert Muqabe istefa haqda məktubunu bu gün Zimbabve parlamentinə ünvanlayıb. Parlamentin spikeri Ceykob Mudende Muqabenin impiçment haqda məktubunu qanunvericilik orqanında onun impiçmenti prosesinin başlamasından bir qədər sonra oxuyub.
Bizim dualarımıza cavab verilb. Biz 37 il çox əziyyət çəkmişik. Məktubda deyilir: “Mən, Robert Muqabe, Zimbabve konstitusiyasının 96-cı maddəsinə istinadən rəsmən öz istefamı dərhal qüvvəyə minmək şərtilə təqdim edirəm”.
Məktubun qəbul edildiyi haqda prezident ofisindən nə təsdiq, nə də təkzib verilib.
93 yaşlı Muqabe Zimbabveni 1980-ci ildə Britaniyadan müstəqillik əldə etdikdən sonra idarə edən yeganə prezident olub.
ABŞ-ın Zimbabvedəki səfirliyi baş verən hadisələri Zimbabve üçün tarixi dönəm kimi qiymətləndirib və zimbabvelilərin öz liderlərini seçə bilməsi üçün ölkədə azad seçkilərin keçirilməli olduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?