Robert Muqabe-nin yaratdığı və hazırda ölkənin hakim siyasi qüvvəsi sayılan Zanu-PF partiyasında onun ən yaxın müttəfiqləri Zimbabve prezidentini istefa verməyə çağırıblar.
gundemxeber.az bildirir ki, partiyanın yüksək vəzifəli rəsmiləri Zanu-PF-in bazar günü keçirilən iclasında Zimbabve liderinin siyasi taleyini müzakirə ediblər. Muqabe-yə həmişə loyal olan partiyanın Gənclər Liqası mövgeyini dəyişərək indi ona qarşı çıxış edir. Ordu rəhbərləri də Muqabe ilə bazar günü görüb. Dövlət televiziyasının məlumatına əsasən, tərəflər arasında danışıqlar Katolik kilsə vaizinin vasitəçiliyi ilə keçirilib. Zanu-PF Gənclər Liqası Zimbabve prezidentinin müttəfiqlərini "talançılıq və soyqunçuluqda", onun arvadı Grace-i isə "meşşanlıq, biclik və itaətsizlikdə" ittiham edərək, Robert Muqabe-ni istefa verməyə və "qocaman dövlət xadimi kimi istirahətə çıxmağa" çağırıb. Zanu-PF partiyasının 10 özək təşkilatından doqquzu Muqabe-ni istefa verməyə çağırıb, bu günlərdə keçiriləcək partiyanın mərkəzi komitəsinin iclasında həmin təşkilatların çıxardığı qərarın təsdiqlənəcəyi gözlənilir. Zimbabve 1980-ci ildə Britaniyadan müstəqillik qazandığı gündən ölkəyə Robert Muqabe rəhbərlik edir. Şənbə günü Zimbabve paytaxtı Hararedə on minlərlə adam küçələrə çıxaraq, ordunun ölkəyə nəzarəti ələ almasını dəstəkləyib və prezident Muqabe-ni vəzifəsindən getməyə çağırıb
Sorğu
Yeni dizaynımız necədir?