Ölkədə etirazçıları dağıtmaq üçün istifadə olunan gözyaşardıcı qaz tükənmək üzrədir
Türkiyədə iki həftədir bitmək bilməyən etirazlar, görünür, polisi yaman əldən salıb. Nümayişçilərin intensivliyi və aksiyaçıların sönməyən entusiazmı gözlənilməz nəticələrə səbəb olub.
“CNN” Turk yazır ki, polisin nümayşçiləri dağıtmaq üçün gözyaşadırıcı və bibər qazı qumbarası demək olar ki, tamamilə tükənib. Bu xəbəri ölkənin Baş Təhlükəsizlik İdarəsi də təsdiqləyib. Bütün aksiyalar boyu təxminən 130 min qaz qumbarası istifadə olunub. Məsələ ilə bağlı polisə xüsusi mühafizə və təhlükəsizlik vasitələrinin tədarükü üçün tender keçirilib. Hökumət də təzyiqli su maşınınlarının sayını artırmaq qərarına gəlib.
Türkiyə hökuməti bu məsələni həll etmək üçün dövlət büdcəsindən əlavə vəsait ayırmalı olacaq. Türkiyə Daxili İşlər Nazirilyi isə Maliyyə Nazirliyindən subsidiya almağı planlaşdırır. Lakin konkret məbləğ hələlik məlum deyil, çünki etiraz aksiyalarının nə vaxt bitəcəyini heç kim bilmir.
Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı çıxış edərkən bildirib ki, ölkədə vəziyyət tam nəzarət altına alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?