Taksimdə aksiyaçı gənclərdən biri ətrafda baş verənlərə fikir vermədən sevgilisinə evlilik təklifi edib
Taksimdə aksiyalar davam edərkən maraqlı bir hadisə baş verib. Türkiyə mətbuatına istinadən məlumata görə, aksiyaçı gənclərdən biri evlilik təklifi etmək üçün məhz Gezi parkını seçib. Gəncin təklifi qəbul edilib. Polisin bibər qazı və təzyiqli su ilə müdaxiləsinə fikir verməyən cütlüyün bu addımı günlərdir ac-susuz, yuxusuz qalan aksiya iştirakçılarının üzündə bir anlıq da olsa təbəssüm yaratmağa nail olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?