Həftə sonu Amerika boyu televiziya kanalları tütün şirkətlərinin maliyyələşdirdiyi reklamları yenidən izləyəcək. Lakin bu reklamlar 50 il əvvəlki reklamlardan tamamilə fərqli, tüstüdən ləzzət alan insanlar əvəzinə, sadə mətndən, tütünün zərərləri barədə məlumatdan ibarət olacaq.
Birləşmiş Ştatların tütün şirkətlərinin on ildən çox davam edən mübahisələrindən və məhkəmə işlərindən sonra televiziya və qəzetlərdə tütün barədə düzgün məlumat verilməsi qərarına gəlindi. "Truth İnitiative" təşkilatının prezidenti Robin Koval: “Onların hazırladığı reklam heç cəlbedici deyil. Ağ ekran üzərində qara hərflərlə yazılmış sözlər və maraqsız səs.”
Hər il Birləşmiş Ştatlarda yarım milyona qədər insan siqaretin səbəb olduğu xəstəliklərdən ölür. Buraya siqaret çəkməyən, lakin tüstünü udan insanlar da daxildir. Xəstəliklərə Nəzarət Mərkəzinin hesablamalarına görə, hər il bu kimi xəstəliklərin müalicəsi itirilmiş produktivlik 300 milyard dollardan baha başa gəlir.
Klinton administrasiyası bu pulun bir hissəsini geri almaq üçün 1999-cu ildə ictimaiyyəti təhlükə qarşısına qoyduqlarını deyərək, tütün şirkətlərini məhkəməyə verdi. ABŞ-ın sabiq baş prokuroru Canet Reno: “Bu gün biz vergi ödəyənlər adından tütün şirkətlərindən onlara düşən payı ödəmələrini xahiş edirik.”
Məhkəmə 2006-cı ildə tütün şirkətlərinin televiziya və qəzetlərdə düzgün reklam vermələri barədə qərarla başa çatdı.
Siqaretə qarşı olanlar isə belə bir qərarın minimal effekti olacağını deyirlər. Çünki tütün sənayesi yeniyetmələr və gəncləri hədəf alıb. Onlar reklamların əksəriyyətini sosial mediada görür. Daha yaşlılar isə siqaret çəkmələri üçün müxtəlif səbəblər gətirir. “Siqaret çəkənlər onun zərərini bilmədikləri üçün deyil, stress və ya nikotinə adət etdikləri üçün çəkməkdə davam edirlər” deyə, Viskonsin-Milvoki universitetindən Seok Hyon Quon bildirir.
Birləşmiş Ştatlarda siqaret çəkənlərin sayı azalsa da, ekspertlər elektron siratetləri çəkənlərin sayının artdığını deyir və bunun da sağlamlığa adı siqaret qədər zərər olduğunu deyirlər./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?