Çeçenistan rəhbərliyindən istefa verməyə hazıram. Hesab edirəm ki, vaxt çatıb.
Bunu Çeçenistan lideri Ramzan Kadırov “Rusiya 1” kanalına müsahibəsində deyib. “Demək olar ki, bu mənim arzumdur. Amma regionun rəhbəri olmaq və Allah qarşısında xalq və respublikaya görə məsuliyyət daşımaq çox çətindir. Bu gün bizdə sabitlikdir. İlk növbədə bizi Rusiya vətəndaşı kimi qəbul edirlər. Buna görə də hesab edirəm ki, Çeçenistan Respublikasında da dəyişiklik etməyin vaxtı çatıb”, - Kadırov deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?