Rusiyanın 6 ədəd Tu-22M3 bombardmançı təyyarələri Suriyanın Deyr əz Zor bölgəsindəki İŞİD mövqelərini bombardman edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “26 noyabr 2017-ci il tarixində 6 ədəd Tu-22M3 bombardmançısı Deyr əz Zordakı İŞİD mövqelərinə zərbələr endirib. Rusiyadakı hava bazasından qalxan təyyarələr Fərat çayı yaxınlığında terrorçulara aid istehkam qurğularınə və toplanma nöqtələrini darmadağın edib”, - nazirlikdən bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?