Robert Muqabenin Zimbabve prezidenti postundan getməsi haqqında müqavilədə ona 10 milyon dollar ödənilməsi nəzərdə tutulur.
The Guardian qəzetinin yaydığı məlumata görə, bu məbləğin yarısı birdəfəlik ödəniləcək, sonra sabiq prezidentə ömrünün sonunadək 150 min dollar məbləğində aylıq pensiya təyin olunacaq. Əgər arvadı Qreys Muqabe onunla yaşamaqda davam edərsə, ona həmin məbləğin yarısı veriləcək. Qreys ərindən 40 yaş cavandır.
Xatırladaq ki, Zimbabveyə 37 il rəhbərlik etmiş 93 yaşlı Muqabe hərbçilərin və hakim partiyanın təzyiqi altında noyabrın 21-də istefaya gedib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?