Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hazırda İndoneziyanın vulkan püskürən Bali adasında azərbaycanlı turistlərin olub-olmamasını araşdırır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Bali adasında Aqunq vulkanının püskürməsindən sonra 100 min sakinin təxliyə ediləcəyi gözlənilir. Çoxsaylı təyyarə reysləri təxirə salınıb.
Hazırda İndoneziyada on minlərlə turist olduğu bildirilir. Rusiya adada olan 300 vətəndaşının yaxınlıqdakı adalara köçürülməsi barədə qərar qəbul edib.
Vulkan noyabrın 21-dən aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürüb.
Aqunq sonuncu dəfə 1963-cü ildə püskürüb. Həmin vaxt mindən çox insan ölüb./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?