TVNET-də Nedret Ersanelin təqdim etdiyi "Böyük Oyun" proqramında gündəmə dair açıqlama verən “Yeni Şəfəq” və “TVNET”-in baş redaktoru Qaragül, "15 İyulda xalqın müqaviməti olmasaydı Suriya və İraqın şimalından Türkiyəyə qarşı hücumlar başlayacaqdı. FETÖ-nun və PKK-nın da başı Vaşinqtondadır" deyib.
Qaragülün çıxışından əsas başlıqlar belədir:
İŞİD troya atıdır
“Türkiyəni Anadoluya sıxışdırmaq niyyətindədirlər. PKK təkcə Türkiyə üçün deyil, beynəlxalq bir təhdiddir. İŞİD onlar üçün bir troya atıdır.
ABŞ dünya üçün təhdiddir
Rusiya, Qərb və Avropa tərəfindən təhdid altındadır. ABŞ hazırda bütün dünya üçün, bütün güclər üçün təhdid halına gəlmişdir. 21-ci əsr isə tamamilə gücə yönəlik bir xaos mühitidir.
Suriya və İraqdan hücum edəcəkdilər
15 İyulda xalqın müqaviməti olmasaydı Suriya və İraqın şimalından Türkiyəyə qarşı hücumlar başlayacaqdı. FETÖ-nun də, PKK-nın da başı Vaşinqtondadır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?