GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyənin özəl aviaşirkətlərinin Ermənistana təyyarə reysləri var

Türkiyənin özəl aviaşirkətlərinin Ermənistana təyyarə reysləri var

Tarix: 3-12-2017, 20:31 Bölmə :Dünya Baxış: 408
Türkiyənin özəl aviaşirkətlərinin Ermənistana təyyarə reysləri var


Ötən gün mətbuatda Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər yayıldı və Azərbaycan ictimaiyyətində geniş rezonans doğurdu. Bunun ardından Türkiyə rəsmiləri xəbəri təkzib edərək, Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı məlumatların doğru olmadığını bildirdilər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA-ya açıqlamasında “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib.

Səfir bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: “O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir”.

Qeyd edək ki, “Anadolu agentliyi”nin ingilis dili bölməsində noyabrın 24-də “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilmişdi. Xəbər rəsmi qaydada təkzib olunsa da, onun yayılmasının təsadüf olmadığı da ortadadır. Bəs Türkiyə hökuməti nə vaxtsa belə bir addım ata bilərmi? Bu, baş verərsə, Azərbaycan tərəfinin reaksiyası necə olar?

Bu sualları cavablandıran politoloq Şahin Cəfərli qeyd etdi ki, Türkiyədən Ermənistana təyyarə reysləri bir müddətdir ki, mövcuddur: “Mediamızın bu barədə verdiyi başlıqlar bəzən yanıldıcı olur və insanları çaşdırır. Yəni "Türkiyədən Ermənistana təyyarə reysləri açılacaq" və ya yaxud bunun əksi olan "Türkiyədən Ermənistana təyyarə reysləri açılmayacaq" şəklində başlıqlar yanlışdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasında təyyarə reysləri hələlik dövlət səviyyəsində həyata keçirilmir.

Bu işi özəl şirkət yerinə yetirir. Artıq 3 ildir ki, "Atlas Global" (Atlasjet) şirkəti İstanbuldan İrəvana və əks marşrutla uçuşlar təşkil edir. İnternetdə, şirkətin saytında bu barədə məlumatlar tapmaq çətin deyil. Məsələn, bu ay İstanbuldan 634 lirəyə İrəvana uçmaq mümkündür. İrəvandan isə İstanbula bilet 591 lirədir”.

Ş.Cəfərli onu da vurğuladı ki, Türk Hava Yolları dövlət şirkəti olduğu üçün onun dövlətin rəsmi siyasətinə zidd addım atması mümkün deyil: “THY yalnız Türkiyə hökumətinin icazəsi ilə Ermənistana reyslər təşkil edə bilər. Hazırkı mərhələdə bunu mümkün saymıram. Bu, o halda gerçəkləşər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş əldə olunsun. Məsələn, Azərbaycan və Ermənistan razılığa gələrsə, nizamlanma ilə bağlı hansısa sənəd imzalanarsa, o halda Türkiyə hökuməti Azərbaycan hökuməti ilə məsləhətləşərək Ermənistanla rəsmi münasibətlər yarada və kommunikasiyaları aça bilər. Nə qədər ki, münaqişənin həlli prosesində real nəticə yoxdur, Türkiyənin birtərəfli addımlara gedəcəyi, o cümlədən THY-nin Ermənistana reys açması inandırıcı deyil. Bu, yalnız Azərbaycan hökumətinin razılığını almaqla, mümkündür. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan protokollarının imzalanmasından sonra baş verənlərdən dərs çıxarıb”.

Deputat Fazil Mustafa isə Türkiyənin belə bir addım atacağını gözləmədiyini dedi: “İndiki vəziyyətdə Türkiyənin belə bir addım atacağını gözləmirəm və Türkiyə tərəfi də təkzib verdi. Adətən bu kimi məsələlərdə Türkiyə əleyhinə fikir formalaşdırmaq üçün dərhal gündəmə gətirirlər. Ancaq mən bunu inandırıcı görmürəm. Türkiyə bu məsələlərdə Azərbaycanla paralel addımlar atır. Türkiyədəki özəl aviaşirkətlərin İrəvana reys açması mümkündür. Ancaq burada söhbət dövlət şirkətindən gedir. Əgər özəl şirkətlərin İrəvana reys açması məsələsi də təsdiqini tapsa, o zaman buna münasibət bildirmək olar”.

Qeyd edək ki, internetdə axtarış apararkən Türkiyədəki müxtəlif özəl şirkətlərin İrəvana reyslər açdığının şahidi olduq. Yəni, Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı yeni xəbər deyil. Sadəcə müzakirə olunan məsələ dövlət şirkəti olan və dövlətin siyasətini həyata keçirən THY-nin İrəvana reys açacağı məsələsidir ki, bu da təkzib olundu./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vurulan təyyarə ilə bağlı Rusiya və Türkiyədən rəsmi AÇIQLAMA

    Vurulan təyyarə ilə bağlı Rusiya və Türkiyədən ...

    24-11-2015, 17:44

  • 
  • İrəvandan Bakıya təyyarə ilə kimlər uçur (FOTO)

    İrəvandan Bakıya təyyarə ilə kimlər uçur (FOTO) ...

    12-06-2013, 01:50

  • 
  • Hərbi hava limanında dəhşətli təyyarə qəzası

    Hərbi hava limanında dəhşətli təyyarə qəzası ...

    18-07-2013, 01:02

  • 
  • Bakıdan Təbrizə ilk təyyarə uçdu

    Bakıdan Təbrizə ilk təyyarə uçdu ...

    16-06-2016, 21:25

  • 
  • İlkər Başbuğ: “Ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır”

    İlkər Başbuğ: “Ən böyük xəyalım Türkiyə və ...

    15-04-2016, 18:55


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu