Apelyasiya Məhkəməsi rusiyalı senator, məşhur milyarder Süleyman Kərimovun girov müqabilində azadlığa buraxılması qərarını qüvvədə saxlayıb.
Muxalifət.az xəbər verir ki, məhkəmə Kərimovun azadlığa çıxması müqabilində ödəməli olduğu girov haqqını və ünsiyyət qurması qadağan edilən şəxslərin siyahısını artırıb. Məlumata görə, girov haqqı 5 milyon avrodan 40 milyon avroya qaldırılıb. Qeyd edək ki, vergiləri ödəməməkdə ittiham edilən ləzgi milyarder Süleyman Kərimov Fransada həbs edilmiş, noyabrın 23-də Nitsa şəhər Məhkəməsinin qərarı ilə 5 milyon avro girov qarşılığında azadlığa buraxılmışdı. Fransanı tərk etmə qadağası qoyulan milyarder 750 milyon avroya qədər olan çirkli pulu bu ölkədə “yuma” cəhdində də ittiham edilir./axar
Sorğu
Yeni dizaynımız necədir?