Trampın Qüds qərarından cəsarət alan İsrail rəhbərliyi, Qüdsdə yaşayan 324 min fələstinlini şəhərdən sürgün etmə planlarını icraata qoyub.
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra İsrail rəhbərliyi Qüdsdə yaşayan 324 min fələstinlini qədim şəhərdən sürgün etməyə hazırlaşır. Cəmi 3 faizi xristian və digər inanc mənsublarından ibarət olan Qüdsdə 305 min müsəlman yaşayır. Trampın qalmaqal açıqlamasından sonra Netanyahu höküməti ilkin olaraq müsəlmanların yaşadığı ərazilərdə 7 min yeni mənzillərin inşasına qərar verib. Bu yöndə açıqlama verən hökümət naziri Yoav Golant, 7 mini Şərqi Qüdsdə olmaqla, cəmi 14 min yeni mənzilin tikintisi üçün işlərin başladığını bildirib. İsrail parlamenti (Knesset) Qüdsü rəsmi olaraq İsrailin paytaxtı elan etmək hazırlığındadır. İsrail hakimiyyəti yaxın üç il içərisində yəhudi olmayan bütün insanların Qüdsdən çıxarılmasını təmin edəcək genişmiqyaslı deportasiya siyasətini həyata keçirəcək.
İLK AYIRICI MAVİ KİMLİK SİYASƏTİ
İsrailin 1980-cı ildə Şərqi Qüdsü işğalının ardından nümayiş etdirdiyi ilk ayrı-seçkilik tədbiri yəhudi olmayanlara verilən mavi kimlik olub. Fələstinli araşdırmaçı Muin Nəim çox yaxında Netanyahu hökumətinin başlayacağı deportasiyanın bu şəxsiyyətlər üzərindən reallaşacağını söyləyib. İsrail rəhbərliyinin deportasiya məsələsində hazırlıqlarını tamamladığını bildirən Muin Nəim, 300 mindən artıq Qüds sakininin Qərbi Şeriaya və Ramallaha zorla sürüləcəyini bildirib.
SİNADAN İŞİD-çıları DAŞIYIRLAR
Yəhudi olmayanların Qüdsdən sürgün edilməsi məqsədi ilə müxtəlif ssenarilərin hazırlandığına diqqət çəkən fələstinli tədqiqatçı Nəim, İraq və Suriyadan Misirin Sina yarımadasına gətirilən İŞİD-çıların bu layihə çərçivəsində istifadə ediləcəyini söyləyib. İsrailin qılıncı kimi tanınan Yaxın Şərq “qatili” Məhəmməd Dahlanın İŞİD və proses içərisində əl-Fəth təşkilatının Qüds ərazisindən deportasiya layihəsinə dəstək verəcəyini qeyd edən Muin Nəim, yaxın dövrdə Qüdsdə yəhudilərə məxsus ev və iş yerlərinə doğru soyğunçuluq, sui-qəsd və canlı bomba aksiyalarının başlanacağı məlumatını verib.
“TRAMP SIXIŞDIRILMASIN”
Keçdiyimiz günlərdə etdiyi saray çevrilişi ilə ölkədə, başda kral ailəsindən olan bütün müxalif ünsürləri susduran Səudiyyə Ərəbistanının kölgə kralı Şahzadə Məhəmməd bin Salmanın mətbuat müşaviri Səud əl Kahtanın yazılı açıqlamasında, Qüds qərarından dolayı Trampın mövqelərinin zəifləməməsinin lazım olduğunu bildirilib. Açıqlamanın əslində Məhəmməd bin Salmana aid olduğu, ancaq Səudiyyə Ərəbistanı və İslam dünyasından gələn reaksiyalar düşünülərək bəyanata Məhəmməd Salman yerinə mətbuat müşavirinin imzasının atıldığı bildirilir.
TƏSADÜF DEYİL
Mütəxəssislər, İraqın şimalında elan ediləcək kukla dövlət üçün keçirilən 25 sentyabr pirat referendumundan Suriyanın şimalında İsrailə açılacaq terror dəhlizinə, Səudiyyə şahzadələrinin həbs olunmasından keçmiş Yəmən prezidenti Əli Abdullah Salehin öldürülməsinə qədər bütün proseslərin təsadüf olmadığı istiqamətində fikir bildirir. İsrailin bir mərkəz olaraq bu prosesi davam etdirəcəyi və ABŞ-İsrail ittifaqının bundan sonra atacağı addımların daha çox İslam dünyasından gələn reaksiyaya görə müəyyənləşəcəyini demək olar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?