ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının ardınca İslam dünyasından 22 lider çərşənbə günü İstanbulda görüşür.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 57 ölkənin daxil olduğu İslam Konfransı Təşkilatının toplantısına ev sahibliyi edir. Təşkilat ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına vahid reaksiya bildirəcək.
Bu görüş Qüds məsələsi ilə yanaşı, Yaxın Şərqdə münaqişənin davam etdiyi vaxt keçirilir.
Trampın Qüds barədə qərarı ilə bağlı tənqidlərin artması ilə yanaşı, bu qərardan yaranan qəzəbin İslam dünyasında, xüsusilə də ərəb liderləri arasında siyasi fikir ayrılıqlarının aradan qalxmasına təsir edib-etməyəcəyi sual edilir.
Ərdoğan müsəlman və Avropa liderləri arasında ABŞ prezidentinin qərarına qarşı çıxanlar arasında öndə gedir.
Bazar ertəsi Ankaraya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin Ərdoğanın mövqeyini dəstəkləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?