Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili "24 kanal" telekanalının efirində Odessa meri olmaq istədiyini bəyan edib.
Saakaşvili dünən baş nazir, bu gün isə mer olmaq arzusunu dilə gətirib.
Mixeil deyib: "Mən istəyirəm ki, Odessaya gedim və mer olum. Zarafat eləmirəm, real danışıram. Odessanı inkişaf etdirmək istəyirəm. Əgər oyunun qaydalarını dəyişsək, Odessanı inkişaf etdirə bilərik. Əgər yaxşı baş nazir olsam, bu postu uğurla başa vurub Odessa meri ola bilərəm". Siyasətçi qeyd edib ki, Ukraynada 70 gün ərzində ciddi islahatlar aparmaq üçün komandası var. Saakaşvili hökumət aparatının üçdə ikisini ixtisara salacağını qeyd edib./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?