GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin sürprizlərlə dolu rəqib(əs)i-Sobçak haqqında bilinməyənlər...

Putinin sürprizlərlə dolu rəqib(əs)i-Sobçak haqqında bilinməyənlər...

Tarix: 16-12-2017, 10:48 Bölmə :Dünya Baxış: 390
Putinin sürprizlərlə dolu rəqib(əs)i-Sobçak haqqında bilinməyənlər...


Qalmaqallar kraliçası, savadlı beynəlxalq əlaqələr məzunu, ya?..

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də illik mətbuat konfransı keçirib. Konfransda 1600-dən çox jurnalist qeydiyyatdan keçib. Prezident Putinin mətbuat konfransında bu yaxınlarda Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçak da jurnalist qismində auditoriya arasında olub. Vladimir Putinə sual verdiyi zaman Kseniya bildirib ki, mətbuat konfransına “Dojd” telekanalının müxbiri kimi gəlib.

Konfransda namizədlər atışdı

“Çünki bu, sizə sual verməyin yeganə imkanıdır, axı siz debatlarda iştirak etmirsiniz”. Sobçak Putinə sualını bu kəlmədən başlayıb. Kseniya Sobçak deyib ki, Rusiyada “müxalifət namizədləri seçkilərə ya buraxmırlar və ya onlara problem yaradılır”. Sobçak sualına belə davam edib: “Aleksey Navalnı namizəddir. Ona qarşı qurama cinayət işləri qaldırılıb. Avropa Məhkəməsi ona qarşı çıxarılan hökmləri qanunsuz sayıb. Lakin Navalnı yenə də seçkilərə buraxılmır. İnsanlar anlayır ki, bu gün müxalifətçi olmaq o deməkdir ki, səni öldürəcəklər və ya həbs edəcəklər. Niyə bu belədir? Hakimiyyət rəqabətdənmi qorxur?”

Putin Kseniya Sobçakın sualına cavab verərkən rusiyalı müxalifətçi Aleksey Navalnın adını çəkməyib: "Bax, siz “Hamıya qarşı” şüarı altında gedirsiz. Bu nədir? Pozitiv hərəkət proqramıdır məgər? Bu gün müzakirə etdiyimiz problemlərin həlli üçün siz nə təklif edirsiz? Adlarını çəkdiyiniz personajlara gəlincə isə, burada artıq Ukrayna barədə sual verilmişdi. Siz istəyirsiz ki, bizim meydanlarımızda onlarla ...Saakaşvili kimiləri qaçsın? Adlarını çəkdiləriniz - elə həmin Saakaşvilidilər, amma onun Rusiya variantı. Siz istəyirsiz ki, Saakaşvili kimilər ölkədə stabilliyi pozsun?"

Daha sonra Putin davam edib: “Mən əminəm ki, vətəndaşların əksəriyyəti bunu istəmir və buna yol verməyəcək. Rəqabət isə olmalıdır və şübhəsiz, olacaq. Hakimiyyət heç kimdən qorxmur”.

“Biz Rusiyada ikinci Ukraynanın baş verməsini istəmirik. İstəmirik və buna yol verməyəcəyik”, - Kseniya Sobçakın sualına prezident Putin cavabını bu sözlərlə bitirib.

Sobçak özünü “gözlənilməz” və qələbə şansı az olan namizəd adlandırıb

Bəli, bu, namizədlər arasındakı ilk üzbəüz “atışma” sayıla bilər. Amma bu günə qədər Sobçak və Putin arasında dalğavari münasibətlər olub. “Yeni Müsavat” bu münasibətlərin məcrasına və ümumiyyətlə, Putinin “şıltaq, qalmaqallı, seksual” rəqibinin dosyesinə nəzər salır.

Öncə ondan başlayaq ki, Sobçak bu ilin oktyabrında Putinə rəqib olduğunu bəyan edib. O, martda keçiriləcək seçkilərdə iştirakını “gözlənilməz namizədliyi” ilə izah edir. Xanım Sobçak ilk gündən deyib ki, namizədliyi qəbul edilməyən müxalifət lideri Aleksey Navalnını dəstəkləyir. Ancaq Navalnı ona namizəd olmaması ilə bağlı xəbərdarlıq edib.

İlk vaxtlar Kreml Sobçakın namizədliyini qəbul edərək bunun, “tamamilə konstitusiya uyğun olduğunu” söyləyib. Amma Kseniya seçkilərdə qələbə qazanmaq şansının az olduğunu etiraf edib. O, bu haqda Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib. “Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm. Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər”, - K.Sobçak deyib.

K.Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.

Amma Sobçak yerli mətbuata müsahibələrində iddialarını daha da qabartmanın tərəfdarıdır. Məsələn, “Dojd” kanalının baş direktoru Natalya Sindevaya müsahibəsində o, qələbəsinə ümid bəslədiyini deyib. Aparıcı onun cəmi 2 faiz səs toplayacağını proqnozlaşdıranda Sobçak buna belə etiraz edib: “Milyonların səsini qazanacağıma şübhə etmirəm. Piara ehtiyacım yoxdur. Seçki qrafamda yazılacaq ki, tək Putinə deyil, bütün namizədlərə qarşıyam. Soruşsaz kim maliyyələşdirəcək bu seçki marafonumu, deyəcəm heç kim. Sadə, narazı biznesmenlər. Sıralarımda pərəstişkarlarım az deyil”.

“Mümkündür ki, oğlum səsvermə yaşına çatdıqda, hələ də eyni namizədlər olacaq, - ötən il ana olmuş K.Sobçak "YouTube"dakı videoda namizədliyini elan edərkən bildirir. - Biz hakimiyyət sistemini dəyişdirməliyik", - deyərək o əlavə edib ki, Putinə öz qərarından danışdıqda dövlət başçısı məmnun deyildi.

Sobçakın bir neçə üzü - ərköyün varlı qızı, savadlı, bacarıqlı gənc xanım, ya qalmaqallar kraliçası?

Kimdir bu Sobçak? İllərdir “sarı mətbuat”ın bəh-bəhlə şəkillərini, qalmaqallarını, özəl həyatını yaydığı bir xanım birdən-birə necə prezidentliyə namizəd oldu?

BBC Kseniya Sobçakı belə təqdim edir:

36 yaşlı, 1990-cı illərdə az tanınmış keçmiş KGB əməkdaşı Vladimir Putinə iş vermiş Sankt-Peterburqun keçmiş meri Anatoliy Sobçakın qızıdır. Rusiyanın “Paris Hiltonu” ləqəbli Sobçak, “Dom-2" adlı populyar tanışlıq realiti şousu ilə şöhrət qazanıb. Bəzi tərəfindən əyləncəni sevən qız kimi tanınan Sobçak balonlu bir hamamdan başqa bir realiti-şousunu təqdim edərək diqqət çəkib.

K.Sobçak 1981-ci il noyabrın 5-də Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinin dosenti Anatoli Sobçakın və həmin universitetin tarix fakültəsinin müəllimi Lyudmila Narusovanın ailəsində dünyaya gəlib. Bu, 44 yaşlı Anatoli Sobçakın ikinci nikahı və ikinci qızı idi. Sobçakın özündən 16 yaş böyük bir bacısı da var. Mariya Sobçak Anatoli Sobçakın filoloq Nona Qadzyukla nikahından dünyaya gəlib. İxtisasca hüquqşünasdır.

Kseniya öncə 185 saylı “ingilis məktəb”ində təhsil alıb. Paralel olaraq balet studiyasına və rəsm məktəbinə gedib. Sobçakın yanına, evə kompozitor Vladislav Uspenski dərs verməyə gəlib və ona pianoda ifa etməyi öyrədib. Olduqca savadlı və humanitar fənlərə meylli uşaq olub.

1998-ci ildə o, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə qəbul olunub. 3 il sonra isə Moskvaya köçəndə Moskva Dövlət Universitetində analoji təhsili alıb. Bir il sonra bakalavr dərəcəsi alıb - onun diplom işi Fransa və Rusiyada prezidentlik rejimi barədə idi. Sobçak daha sonra politologiya fakültəsinin magistraturasına qəbul olub və oranı da 2004-cü ildə bitirib. Ardınca aspiranturaya qəbul olsa da, oranı bitirməyib.

Şöhrətə apan yol

Məşhurluq ona 16 yaşında gəlib. Həmin vaxt “Ekspress-kuryer” adlı Rusiya tabloidi yazı yazmışdı ki, Sankt-Peterburq şəhər merinin qızını qaçırıblar. 17 yaşında, yəni, 1998-ci ildə o, 43 yaşlı iş adamı Ömər Cəbrayılov, daha sonra Vyaçeslav Leybman, ardınca isə Aleksdanr Şustoroviçlə eşq romanı yaşayıb.

K.Sobçak ölkənin ən nüfuzlu qadınları siyahısında 22-ci yeri tutur. Onun Rusiya teleməkanına ayaq basması da 2004-cü ilin mayın 11-ə təsadüf edir. O, TNT-də yayımlanan “Dom-2" realiti-şousu ilə teleməkanda adını tanıtdı və 2012-ci ilin iyuluna kimi ”Dom-2" layihəsinin aparıcılarından biri oldu. Aparıcılıqla yanaşı, Kseniya “Ulduzlarla sirk” verilişində, eləcə də Timatinin klipində rol alıb.

K.Sobçakın telekaryerasında “Kim milyonçu olmaq istəmir?”, “Sonuncu qəhrəman-6" verilişlərinin aparıcılığı, ”Serebrannıy dojd" radiosunda “Barbaka və boz canavar” verilişinin aparıcılığı da var idi.

Kseniya 2010-cu ilin aprelində “5-ci kanal”da “Fikir azadlığı” tok-şousunu, 2011-ci ilin avqustunda isə Ukraynanın STB telekanalında “Gəl, evlənək” layihəsinin aparıcısı olub.

Lakin 2011-ci ilin sonlarından Kseniya Sobçak Putin hakimiyyətinə qarşı müxalif mövqeyi ilə seçilməyə başlayır. Buna səbəb kimi Dmitri Medvedyevin 4 illik prezidentlik müddətindən sonra (2008-2012) Vladimir Putinin 3-cü müddətə prezident olmaq niyyəti idi. Rusiyanın müxalifyönlü mediası yazır ki, məhz bundan sonra Sobçakın bəzi kanallarda aparıcılığına nöqtə qoyulub.

Aktrisalıq da edib, kitab da yazıb, ana da olub - daha nə?

Ksyuşa deyib, keçməyin. Onun aktrisa kimi karyerası da olub. O, ilk rolunu 2003-cü ildə “Oğrular və fahişələr” adlı filmində oynayıb və orada jurnalist obrazını canlandırıb. 2006-cı ildə isə ekranlara “Şokoladda sarışın” adlı film çıxdı ki, orada da baş rolu Paris Hilton oynayırdı. Kseniya isə onun replikalarını rus dilində səsləndirirdi. 2007-ci ildə isə o, “Ən yaxşı film” adlı filmdə fahişə obrazını canlandırıb.

Bununla bitərmi? Bitməz. Xanım Sobçak 36 illik ömrünə 5 kitab da sığdırıb. Kitablar isə daha çox əyləncə xarakterli, qeyri-ciddi ədəbiyyat siyahısına daxil olub. “Kseniya Sobçakın stil zarafatları”, “Gözəlliyin əlifbası - maskalar, biqudilər, bəzəklər”, “Millionerə ərə getmək və ya yüksək sortda nikah”. Adlar hər şeyi deyir, prinsipcə.

2013-cü il fevralın 1-də Rusiya mətbuatı Kseniya Sobçakın qəfil evlilik xəbərini yayıb. Qalmaqallı şəxsi həyatı ilə daim gündəmdə olan xanım 41 yaşlı aktyor və rejissor Maksim Vitorqanla ailə həyatı qurub. Bu, Vitorqanın üçüncü nikahıdır. 2016-cı ilin 18 noyabrında isə Sobçakın oğlu dünyaya gəlib. “Mən dünyanın ən gözəl körpəsinin anasıyam” deyə Kseniya bu haqda İnstaqram səhifəsində yazıb, uşağın adını Platon qoyublar. Məlumatlarda o da qeyd olunur ki, Kseniyanın qayınatası Rusiyanın xalq artisti Emmanuil Vitorqran 1939-cu il dekabrın 27-də Bakı şəhərində anadan olub./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kseniya Sobçak Rusiyanı tərk edib

    Kseniya Sobçak Rusiyanı tərk edib ...

    16-03-2015, 18:42

  • 
  • Yataq səhnələri gizli kamera ilə çəkilən teleaparıcı danışdı - FOTO - YENİLƏNİB

    Yataq səhnələri gizli kamera ilə çəkilən ...

    6-06-2013, 12:16

  • 
  • Rusiyanın müxalifət lideri Aleksey Navalnı Vladimir Putini məhkəməyə verib

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı ...

    11-02-2016, 21:33

  • 
  • Porno aktrisa da Rusiya prezidenti olmaq istəyir

    Porno aktrisa da Rusiya prezidenti olmaq istəyir ...

    2-11-2017, 17:33

  • 
  • Vladimir Putinin səfəri başladı

    Vladimir Putinin səfəri başladı ...

    13-08-2013, 16:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu