ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və “Halkbank”ın keçmiş icraçı direktoru Hakan Atillanın məhkəmə prosesində yeni detallar ortaya çıxıb. Belə ki, məhkəmədə Rza Zərrabın telefon danışıqları olan səs yazısı məhkəməyə təqdim olunub.
R.Zərrabın 15 sentyabr 2016-cı ildə həbsxanada olarkən dayısı Əhəd Şahbaz Təmimi ilə etdiyi telefon danışığının səs yazısı dinlənilib. Zərrab həmin telefon danışı zamanı vaxt dayısına “ABŞ-da həbs edilmisənsə, ya yalan deyəcəksən, ya da canını qurtara bilmək üçün etmədiyin cinayətləri boynuna alacaqsan. Cinayətini etiraf etdikdən sonra sərbəstsən. Burada işlər belə gedir” deyib. Məhz bu detal Rza Zərrabın ABŞ məhkəməsinə yalan ifadə verdiyini ortaya qoyub. Qeyd edək ki, Zərrab korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında ABŞ-da həbs olunub./publika.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?