GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PUTİNİN BİTMƏK BİLMƏYƏN KAMPANİYALARI - Rusiya prezidenti 17 il əvvəl nə deyirdi?

PUTİNİN BİTMƏK BİLMƏYƏN KAMPANİYALARI - Rusiya prezidenti 17 il əvvəl nə deyirdi?

Tarix: 19-12-2017, 14:56 Bölmə :Dünya Baxış: 433
PUTİNİN BİTMƏK BİLMƏYƏN KAMPANİYALARI - Rusiya prezidenti 17 il əvvəl nə deyirdi?


2000-ci il idi və Rusiya Federasiyası prezidentinin səlahiyyətlərini yerinə yetirən Vladimir Putin özünün ilk kampaniyasını aparırdı. Putin, jurnalistlərə verdiyi müsahibəsində Almaniya kansleri Helmut Kolun rəqibi Herhard Şröderə məğlub olması ilə bağlı belə söyləmişdi: “Bir liderdən, hətta Kol kimi güclü birindən də, 16 il ərzində istənilən xalq, hətta almanlar kimi sabit xalq da yorular. Onlar bunu vaxtında anlamalıydılar”.

Üç rusiyalı jurnalistin hazırladığı “Birinci şəxs tərəfindən” adlı kitabda yer almış bu fikirlər, indi demək olar ki, heç bir əhəmiyyət kəsb etmir. I Putin öz yerini II Putin və III Putinə verib. Çox yaxın zamanda IV Putin dövrü başlayacaq. 17 ildən artıq müddətdə hakimiyyətdə olan dövlət başçısı dördüncü dəfə öz namizədliyini irəli sürüb. Bu ona 2024-cü ilədək hakimiyyətdə qalmağa imkan verir. Yəqin ki, 2000-ci ildə onun tərəfindən deyilmiş başqa bir fikrə hamının diqqət yetirməsi yaxşı olardı. O zaman Putin deyirdi: “Monarxa onun seçilib-seçilməyəcəyini düşünmək lazım deyil və bu elektorata təsir göstərmək üçün xırda konyukturadır. O, belə xırdalıqlara əhəmiyyət vermədən öz xalqı barədə düşünməlidir”.

Prezidentliyə namizəd

18 marta nəzərdə tutulmuş seçkilərdəki (Krımın ilhaqının ildönümü) kampaniya həqiqətən də Kreml üçün “xırdaçılıq” ola bilər. Putin rəsmi surətdə öz namizədliyini 6 dekabrda, yəni seçkilərə dörd aydan az qalmış bir vaxtda elan edib. Bu istiqamətdə xüsusi səy göstərməyə səbəb yoxdur: onsuz da hamı bilir ki, dördüncü müddət baş tutacaq. Hər necə olsa da, o, namizədliyi barəsindəki bəyanatını yaxşı və dəqiq hazırlanmış iki səhnədə verib – Moskvanın “Meqasport” arenasında minlərlə gənc arasında və Nijni Novqoroddakı “GAZ” zavodunun əməkdaşları ilə görüş zamanı.
Vladimir Putin işini davam etdirmək arzusunu izah etməyə də ehtiyac duymur. Bir neçə söz deməklə kifayətlənib: “Rusiya yalnız irəli gedəcək və irəliyə hərəkətdə onu heç kim və heç zaman durdura bilməyəcək”. Amma əgər digər ölkədə olsaydı, onda dağılan xəstəxanlar, əhalinin dörd ildir ki, düşən gəlirləri, Suriyaya hərbi müdaxilə, korrupsiya, iqtisadi və idman sanksiyaları barəsində qızğın debatlar getmişdi…
İndi Rusiyada belə bir şey ümumiyyətlə yoxdur. Ola bilər ki, Beynəlxalq Olimpiya Komitəsinin Rusiyanı Qış Olimpiadasında iştirakdan kənarlaşdırmaq haqqında qərarı, vəziyyəti nəzarət altına almaq üçün dövlət başçısını planlaşdırdığı qrafiki bir qədər dəyişməyə məcbur edib. O ki qaldı yerdə qalan başqa məsələlərə, heç kim Putinin fəaliyyətinin yekunlarını və proqramını müzakirəyə çıxarmır. Amma deyəsən belə bir sual gərginlik yaradır: “Putinsiz necə yaşamaq olar?
Əsas müxalifətçi Aleksey Navalnı iddia edir ki, Putin Rusiyada monarx kimi daha çox qalmağa, sonra isə hakimiyyəti ailədən birinə ötürməyə çalışır.
Navalnının özü prezident kürsüsü uğrunda mübarizə aparmaq niyyətini hələ bir il bundan öncə elan etmişdi, lakin o heç start xəttində də olmayacaq. Mərkəzi Seçki Komitəsi bildirir ki, ən azından 2028-ci ilədək o seçkilərdə iştirak edə bilməyəcək. Bunun səbəbi Navalnının maliyyə fırıldağında ittiham edilməsidir. Navalnı isə, bunun tamamilə quraşdırma olduğunu deyir.

Gələcək mübarizə

Amma hətta Navalnı seçkilərdə iştirak edə bilsəydi də, qələbəyə xüsusi ümid bəsləməyə dəyməzdi. Navalnının başlıca gücü onun alternativ təqdim etməyində yox, Rusiya cəmiyyətində siyasətə maraq oyatmasındadır. Hamı tərəfindən unudulmuş şəhərlərə yalnız o səyahət edib. Navalnı Rusiyanın mərkəzdən uzaq regionlarında qərargahlar açıb və öz narazılıqlarını söyləmək istəyən rusiyalıları küçələrə çıxarıb, gəncləri özünə cəlb edib.
Müxalifət “post Putin” dövrünün nə zaman gələcəyini bilmədən həmin dövrə hazırlaşır. Xaricdən “Açıq Rusiya” müxalifət hərəkatını idarə edən keçmiş oliqarxMixail Xodorkovski deyib ki, bu seçkilərdən dəyişikliklər gözləməyə dəyməz. Lakin o, gələcək mübarizəyə hazırlaşmağı təklif edir. Hamının fikrinə görə, altı illik mandat artıq Putinin əlindədir. Dövlət başçısının əsas işi vətəndaşların seçkilərdəki iştirakının təmin olunmasıdır.
Etiraf etmək lazımdır ki, Putin tamamilə əsaslı olaraq bəyan edə bilər ki, Rusiyanı beynəlxalq arenada əsas mövqeyə qaytarıb. Sanksiya və tənqidlərə baxmayaraq, heç bir dövlət başçısı Rusiya paytaxtına getməyə utanmır. Amma bunlara baxmayaraq, daxili planda vəziyyət tamamilə başqa cürdür. İqtisadi çətinliklər, Ukrayna münaqişəsi ilə bağlı gərginlik, Qərb və ABŞ ilə münasibətlərin kəskinləşməsi, narazıların səsinin boğulması – bütün bunların hamısı “Rusiya” adlı mühasirəyə alınmış qala barəsində bitmək bilməyən kampaniyanın fonuna çevrilir.
(“Le Monde” – Fransa)
Tərcümə azpolitika.info-nundur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin: "Rusiya quyruq bulamır"

    Putin: "Rusiya quyruq bulamır" ...

    19-12-2015, 20:15

  • 
  • Putin getdi

    Putin getdi ...

    14-08-2013, 00:47

  • 
  • Vladimir Putin: "Biz heç vaxt keçmişə qayıtmayacağıq"

    Vladimir Putin: "Biz heç vaxt keçmişə ...

    21-11-2013, 17:32

  • 
  • Putin Dünyanın Ən Varlı Adamıdır

    Putin Dünyanın Ən Varlı Adamıdır ...

    24-12-2013, 23:18

  • 
  • Putin və Obama görüşüb

    Putin və Obama görüşüb ...

    16-11-2015, 12:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu