Rusiya prezidenti dünyanın ən varlı adamı hesab olunur. Onun biznes imperiyası 130 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Britaniyanın The Sunday Times qəzetinin yazdığına görə Putinin qeyri rəsmi varidatı bütün dünyada rəsmən ən varlı adam kimi tanınan Karlos Slimin pulundan demək olar ki, iki dəfə çoxdur. Qəzet yazır ki, hakimiyyətdə olduğu dövrdə Rusiya prezidenti siyasətlə şəxsi maraqlarını uğurla uzlaşdıra bilib.
Putinin biznesini onun yaxın qohumları və dostları idarə edir. Onların arasında qardaşı və bacısının övladları Mixail Putin və Mixail Şelomov, keçmiş həyat yoldaşı Lyudmila Putina, qardaşı İqor və digər yaxınları var. Putinin yenidən prezident olmaq istəyi, görünür biznes imperiyasını salamat saxlamaq arzusu ilə bağlıdır.
V.Putinin biznesinə məhz hansı müəssisələr daxildir, dəqiq məlum deyil. Bəzi fikirlərə görə, Qazpromun aksiyalarının 4,5%-i və Rusiya qazının ən böyük ixracatçı şirkəti “Qunvor”un aksiyalarının 50%-i ona məxsusdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?