İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Birliyinin ABŞ Prezidenti Donald Trampın Qüds qərarına reaksiyası bölgənin müqəddəs şəhərləri haqqında tarixi istəkləri ortaya qoyur.
Bu sözləri amerikalı analitik Teodor Karasik İslam Əməkdaşlıq Təşkilatının Şərqi Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanıması qərarından sonra islam ölkələri ilə ABŞ arasında hər hansı bir toqquşmanın olma ehtimalı haqda Axar.az-a danışarkən deyib.
“Şərqi Qüdsün paytaxt kimi dəyərləndirilməsi bir müzakirə mövzusudur. İordaniya prezidentinin Trampın açıqlamasına olan reaksiyası isə tamamilə ayrı bir mövzu kimi dəyərləndirlə bilər. Kral Abdullahın indi Haşimilər Krallığını Türkiyə ilə birləşdirərək, “sünni dirəyini” meydana gətirdiyini görürük.
Cənub – Səudiyyə və BƏƏ bölgəni mülayimləşdirməyə çalışır və hər iki ölkə Trampın Qüds mövqeyini qınasa da, bu zəlzələnin islamı islahat planlarına çevirəcəyini bilirlər. Onlar regional sifarişlə Vatikanla olan əlaqələrə diqqət ayırırlar.
Rusiya Federasiyası bu məsələdə çox böyük ustalıqla “oynayır”, İransa spoylerlik edir.
Çünki onlar çox gözəl dərk edirlər ki, bu məsələdə həddindən artıq çox toqquşma nöqtəsi var”, - Karasik bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlamasından sonra Qüdslə İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüds Fələstinin işğal altındakı paytaxtı kimi tanıdığını elan etdi. Bununla yanaşı Türkiyə və İran rəsmi Vaşinqtona qarşı sərt bəyanatlar səsləndirdi./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?