Ukrayna ABŞ-dan “ölümcül silahlar”ı dövlətin müdafiəsi üçün əldə edir.
Bu barədə Ukrayna Prezidenti Petro Poroşenko bildirib. Onun sözlərinə görə, Kiyevin "Ukrayna vətəndaşları qorumaq” üçün ABŞ-dan “ölümcül silahlar” almağəna ehtiyacı var.
“Ukrayna hökuməti üçün ABŞ-ın “ölümcül silah”ları başqa dövlətlərə hücum üçün deyil, ölkənin müdafiəsinə görə lazımdır. Bu silahlar digər güc dövlətlərinin Ukraynanın ərazisinə hücumunun qarşısını almaq və itirilmiş əraziləri qaytarmaq üçün gərəkdir. Ukrayna xalqını digər bəlalardan qorumaq üçün lazımdır”, - deyə Petro Poroşenko bildirib.
Qeyd edək ki, Kanada Ukraynaya letal (öldürücü) silah verəcək. Verilən məlumata görə, Ukrayna Kanada tərəfindən letal silah verilən ölkələrin siyahısına daxil edilib.
Yayılan məlumatları Ukraynanın Kanadakı səfiri Andrey Şevçenko təsdiqləyib. Onun sözlərinə görə, həqiqətən də, Kanada hökuməti Ukraynaya letal silah verilməsinə icazə verib.
“2014-cü ildə işə başlayarkən heç vaxt inanmazdım ki, Kanada hökuməti Ukraynaya letal silah verilməsinə icazə verəcək. Bu qərar Ukraynada sülhün bərqərar olmasına yardım edəcək”, - deyə səfir bildirib.
Xatırladaq ki, Kanadadan avtomatik silahın ixracı yalnız idxalçı dövlətin siyahiya daxil olunmadığı halda qadağandır. Hazırda siyahıda 39 ölkə, o cümlədən, əsasən, NATO üzvləri, həmçinin Avstraliya, Çili və digər ölkələr var./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?