ABŞ BMT-nin 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəsinə ayırdığı vəsaiti 285 milyon dollar azaldacaq.
Bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. “Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik”, - amerikalı diplomat bildirib. Qeyd edək ki, dekabrın 24-də BMT Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. 5,4 milyard dollarlıq büdcənin 3 milyard dollarından çox hissəsini ABŞ verir. ABŞ həmçinin BMT-nin himayəsi altında həyata keçirilən “sülhü qoruma missiyaları” üçün də əlavə vəsait ödəyir. ABŞ-ın bu addımı BMT-dən qisas almaq cəhdi kimi qiymətləndirilir. Dekabrın 22-də BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qeyri-qanuni hesab edən qətnaməni qəbul edib. Sənədin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb. Səsvermədən əvvəl isə Nikki Heyli BMT üzvlərini yardımları kəsməklə hədələmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?