İsrailin nəqliyyat naziri Birləşmiş Ştatların Qüdsü paytaxt kimi tanımasından sonra şəhərin Qərb Divarı yaxınlığında inşa ediləcək dəmir yol stansiyasına Donald Trampın adının qoyulması təklifni irəli sürüb.
Nərliyyat naziri Yisrael Katz bu təklifi İsrail Dəmir Yolları İdarəsinin icraedici direktoru ilə görüşü zamanı bu yaxınlarda Qüdsün Qərb Divarı adlanan bölgəsində açılacaq yeni, sürətli dəmir yol stansiyasının açılışını müzakirə edərkən verib.
Cənab Katz stansiyaya belə ad verilməsi qərarına cənab Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınmasının tarixi və cəsarətli bir addım olduğunu deməsindən sonra gəlib.
Qərb Divarı yəhudilərin dua etdiyi ən müqəddəs məbədi, müsəlmanların isə üçüncü müqəddəs məbədi hesab edilir.
Belə bir təklifin İsrailin suverenliyini Şərqi Qüds və müsair Qüdsün yerləşdiyi Köhnə Şəhər üzərində suverenliyini tanımayan beynəlxalq ictimaiyyətin etirazına səbəb olacağı gözlənilir. Qərb Divarı da daxil edilməklə, Qüdsün şərq hissəsi İrsail tərəfindən 1967-ci ildə Altı Günlük Müharibə zamanı ələ keçirilib.
Fələstinlilər isə müsəlmanlar, yəhudilər və xristianların müqəddəs ərazilər saydığı Qüdsün və Köhnə Şəhərin gələcək dövlətlərinin paytaxtı olmasını istəyir.
Qərb Divarının yerləşdiyi ərazidə tunellərin qazılması arxeoloji abidələr yaxınlığındakı qazıntıların aparılmasına və bu da öz növbəsində, hüquqi və yexniki problemlərə gətirib çıxara bilər.
Belə bir layihəyə qarşı etirazların olmasına baxmayaraq, Nəqliyyat Nazirliyinin sözçüsü Avner Ovadia ciddi çətinliklər olmadığı təqdirdə, planın gələn il təsdiq edilə biləcəyini deyib.
Donald Trumpun Qüdslə bağlı verdiyi qərar fələstinlilərin və qlobal miqyasda müsəlman icmasının qəzəbinə səbəb olub. Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da Trampın İsraillə bağlı qərarını rədd edən qətnamə qəbul edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?