ABŞ Prezidenti Barak Obama Britaniya şahzadəsi Harri ilə müsahibədə internetin təhlükələri haqda danışarkən insanların “tamamilə fərqli reallığa” malik ola bilməsindən və “mövcud siyasi qərəzlərin güclənməsi"-ndən narahatlığını ifadə edib.
Harri sabiq prezidentlə müsahibəni BBC Radiosunda sentyabr ayında keçirib.
İnternetdə hər şey böyüdülür, ancaq insanlarla üz-üzə gəldikdə, görürsən ki, əsl mənzərə daha mürəkkəbdir. 8 il prezident qismində xidmət etmiş Obama onlan icmaların internetdən kənarlaşaraq insanların bir-biri ilə təmas qurmasının vacibliyindən bəhs edib.
“İnternetdə hər şey böyüdülür, ancaq insanlarla üz-üzə gəldikdə, görürsən ki, əsl mənzərə daha mürəkkəbdir,” Obama deyib. “Belə məqamlarda ortaq məxrəclər tapırsan ki, bunlar sənin adətən olduğun çat otaqlarından fərqli mənzərə əks etdirir.”
O, əlavə edib ki, insanlarla təmasda internetdə olduğu kimi “qaba və qəddar” olmaq daha çətin olur.
Sabiq prezident Obama Çikaqoda məhkəmədə jüri üzvlüyü növbəsinə çağrılarkən. ABŞ vətəndaşları üçün məhkəmə ənənəsinə əsasən jüri üzvü qismində məhkəmədə xidmət etmək vətəndaş məsuliyyətlərindən biridir. Sabiq prezident Obama Çikaqoda məhkəmədə jüri üzvlüyü növbəsinə çağrılarkən. ABŞ vətəndaşları üçün məhkəmə ənənəsinə əsasən jüri üzvü qismində məhkəmədə xidmət etmək vətəndaş məsuliyyətlərindən biridir. Obama deyib ki, o, prezidentlik işi üçün darıxır, çünki bu, çox "füsunkar" idi. Amma ofisi tərk edəndən bəri onda bir “dinclik” hissi var. Onun hazırda Ağ Evdəkindən fərqli olaraq uzaq dönəmli problemlərə səylərini yönəltmək imkanı var.
“İndi mən əldə etdiyim bilik və təcrübəni başqalarına ötürmək iqtidarındayam ki, onlar daha effektiv və qüdrətli olsunlar,” o deyib. “Mən dünyada öz izlərini qoyacaq yeni liderlər nəslinin yetişdirilməsinə köklənmişəm.”
Mən dünyada öz izlərini qoyacaq yeni liderlər nəslinin yetişdirilməsinə köklənmişəm. Obama bu yaxınlarda Texas, Florida və Puerto Rikoda baş vermiş qasırğaların nümunələrini göstərərək prezident kimi bir vaxtlar əsas vəzifəsinin insanların yardım ala bilməsini təmin etmək olduğunu deyib.
“Bu gün bu sahələr mənim birbaşa məsuliyyətimə daxil deyil, ancaq növbəti 20 ildə biz elə etməliyik ki, iqlim dəyişikliyinin fəsadları olaraq daha çox qasırğalar və təbii fəlakətlər baş verməsin.”
Sorğu
Yeni dizaynımız necədir?