ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş fotoqrafı Pit Souza öz "Instagram" səhifəsində ölkə başçısının Ağ evin Oval otağındakı masada olan nüvə düyməsinin fotoşəklini paylaşıb.
Souza bu şəkili ABŞ prezidenti Donald Trampın KXDR lideri Kim Çen In ilə qiyabi mübahisə zamanı "mənim nüvə düyməm Şimali Koreya liderindəkindən daha böyük və güclüdür" deməsi fonunda internetə yerləşdirib.
"Xoşbəxtlikdən, burada qırmızı düymə müharibə başlamaq üçün deyil, köməkçini çağırmaq üçün istifadə olunur", - deyə Souza şəkilin altından yazıb.
Prezident gerbi üzərindəki lövhəcikdə belə yazılıb: "Çətin qərarlar qəbul etmək çətindir" (Hard things are hard).
Fotoqraf bununla yanaşı, sosial şəbəkəyə Amerika prezidentinin nüvə çamadanını da yerləşdirib./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?