Ümumi büdcədə 14,7 faiz bu sferaya yönləndiriləcək
Millət vəkili Zahid Oruc 2014-cü ilin hərbi büdcəsi haqqında danışıb. Bu barədə “Qafqazinfo”ya açıqlama verən millət vəkili qeyd edib ki, 2014- cü ilin büdcəsində hərbi sahə yenə də ön yerdə saxlanılıb: “Əsas maliyyə yükünü özünə götürən sahələrdən birincisidir. Ümumi büdcədə 14,7 faiz bu sferaya yönləndiriləcək. Ötən il müqayisədə əsas investisiya xərclərindən kənar bu məbləğ 1 milyard 637 milyon manatdan çoxdur. Ötən illə müqayisədə həmin bənd üzrə vəsaitlərdən 135 milyon manat çox deməkdir. İnvestisiya xərclərinin tərkibində də hərbi sahə üçün ayrılmış vəsaitlər nəzərdə tutulub. Bununla birgə ali baş komandan hər zaman çıxışlarında bəyan edir ki, Azərbaycanda müdafiə qabiliyyətinin gücləndirilməsinə və silahlı qüvvələrin formalaşmasına 3, 7 milyard dollar vəsait ayrılır. Zənn edirəm ki, bu il həmin xərclər 4 milyard dollardan artıqdır. Çünki investisiya xərclərinin tam tərkibi açıqlanmasa da, ümumi sahələr bəllidir. Mən çox arzulayaram ki, ötən dövr ərzində görülmüş və silah-sursatın alınması fonunda qarşıdakı zamanda elə silahlı qüvvələrdəki dəyişikliyi də nəzərə alaraq islahatların sürətlənməsi və o vəsaitlərin hərbi qulluqçuların şəraiti, onların sosial təminatı, mənzil-məişət ehtiyaclarının ödənməsinə yönəldilsin. Çünki bizim üçün ən önəmli məsələlərdən biri zabitlərin bu problemlərinin yoluna qoyulmaısıdr. Eyni zamanda vəsaitlərin şəffaf idarəçiliyidr, onu birbaşa əsgərə çatması, hesabatlılığıdır, ona ictimai nəzarətin həyata keçirilməsidir”.
Millət vəkili hərbi büdcəmizi Ermənistanın hərbi büdcəsi ilə müqayisə edib “Ermənistanla müqayisdə 2013- cü ilin hərbi büdcəsi 450 milyon dollar olmuşdu. Sonrakı dövrdə də büdcədə bir sıra öhdəlikləri dövlət yerinə yetirə bilmədiyindən həmin vəsaitlər xeyli ixtisar olunmuşdu. 2013-cü il Ermənistanın hərbi büdcəsini 2,5 milyard dollar olduğunu nəzərə alsaq, (sonradan dəyişiklik edərək onu 3,2 milyad dollara çatdırsalar da) hərbi büdcə artmamışdı. 100 ölkə içərisində Azərbaycan son 10 ildə hərbi vəsaitləri artıran ilk ölkələrdən biridir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?