GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rza Zərrabla bağlı kritik iddia: hələ də istintaqa işləyir

Rza Zərrabla bağlı kritik iddia: hələ də istintaqa işləyir

Tarix: 6-01-2018, 11:26 Bölmə :Dünya Baxış: 299
Rza Zərrabla bağlı kritik iddia: hələ də istintaqa işləyir


Hakan Atilla Rza Zərrabın çəkməli olduğu cəzanı çəkəcək?..

“HalkBank”ın (Türkiyə) keçmiş müdir müavini Hakan Atillanın İrana yönəlik embarqonun pozması ilə bağlı Amerikada davam edən məhkəmə hələ də Türkiyə gündəminin əsas mövzularından biridir. H.Atilla barədə qərar 11 apreldə açıqlanacaq və ardınca apelyasiya proseduru başlanacaq.

Amma prosesdə iş adamı Rza Zərraba veriləcək cəza ilə bağlı hər hansı tarixin açıqlanmaması ciddi suallar yaradıb. Onun hələ də istintaqa məlumat verməsi ilə bağlı versiyalar səsləndirilir.

Türkiyənin “Cumhuriyet” qəzetində yer alan xəbərə görə, Amerikadakı məhkəmənin 12 jüri üzvü prosesin tək ittiham olunan şəxsi Atillaya qarşı 6 ittihamdan 5-də təqsirli bilib. Qərarın açıqlanmasının ardınca Atilla üçün təxminən iki il davam edəcək apelyasiya müddəti də başlayıb. Atillanın vəkilləri hakim Riçard Bermanın 11 apreldə verəcəyi hökmü gözləyəcək. Hakim Atillanın yol verdiyi sabit cinayətlər əsasında cəza müəyyən edərkən şərtli azadlığa buraxılma məmuru tərəfindən onun barəsində hazırlanan sənədi və Atilla haqqında yazılan şəxsi məktubları da göz önündə saxlayacaq.

Adını vermək istəməyən bir hüquqşünas isə hakim Bermanın açıqlayacağı qərarla bağlı hər hansı bir təxmin edilə bilmədiyini deyib: “Hər hansı bir zərər var, ya yoxdur, varsa miqdarı nə qədərdir, cinayətə hansı mərhələdə və nə ölçüdə müdaxilə olunduğu kimi məqamlar cəza miqdarını çox dəyişdirir”.

Qərar açıqlandıqdan sonra medianın suallarını cavablandıran vəkillər Victor Rokko və Keti Fleminq isə məhkəmədə Atillanın “oynanılan qəribə bir oyunun qurbanı” olduğu fikrini müdafiə ediblər. Vəkil Rokko “Burada daha böyük bir şeylər baş verir, bunun ortasında qalan Atilla oldu. Bütün hallarda o, bir şəbəkənin nə memarı, nə də qurucusudur. Prokurorluq dəlillərinə görə, ona veriləcək ən pis rol isə funksional statusdakı bir şəxs olmasıdır. Gördüyümüz dəlillərin hamısı Zərrabla əlaqəli idi, Atilla ilə yox”.

Prokuror Coon Kim isə qərar sonrası verilən yazılı açıqlamada aşağıdakıları deyib: “Cinayətlərini öncədən qəbul etmiş Rza Zərrabla birlikdə, İran investisiyalar rejimində milyard dollarlıq bir deşik açan bu nəhəng prosesin mərkəzində olan 2 nəfər indi ciddi federal cinayətlərdən məhkum edilibər. Xarici bank və bankçıların qarşısında iki variant var; ya İran və digər investisiyalara mövzu olan ölkələrin ABŞ qanunlarını pozmaq istəyən ölkələrə kömək edərsiniz, ya da ABŞ dollları ilə işləyən beynəlxalq banklar sisteminin bir parçası olmağı seçərsiniz. Hər ikisini də seçməniz mümkün deyil”.

“HalkBank” üçün də ABŞ-da hansı qərarın veriləcəyi, nə cür mövqe sərgilənəcəyi sual doğurur.

Özünə qarşı yönəldilən bütün ittihamları qəbul edərək, peşmanlıq haqqından istifadə edən R.Zarrabın məhkəmə prosesi üçünsə hər hansı bir tarix müəyyən edilməyib. Bu, sabiq ittiham olunan şəxsin yol verdiyi cinayətlər və cinayət ortaqlığı ilə bağlı hələ də prokurorluq orqanlarına məlumat vermə mərhələsində olduğu mənasına gəlir. Prosesi izləyən, amma adını açıqlamayan amerikalı bir müşahidəçiyə görə, Zərrabı verdiyi ifadələr çərçivəsində bir çoxunu məhkəmədə şahid kimi görmək mümkündür. Sahib olduğu məlumatları verməsi isə aylarla davam edə bilər.

Zərrabın yeni bir kimliklə sıfırdan bir həyata başlamasına imkan verəcək Şahid Qoruma Proqramına daxil edilib-edilməməsi ilə bağlı isə hələlik hər hansı məlumat yoxdur. Prokurorluqla edilən işbirliyi anlaşmasının məhkəməyə sirayət edən detallarında qeyd olunub ki, hökumət R.Zərrabın Şahid Qoruma Proqramı da daxil olmaq üzrə, onun müdafiəsi ilə bağlı bir çox addımları atmağı qəbul edib.

Rza Zərrab ifadəsində bildirmişdi ki, Atilla ondan heç vaxt rüşvət almayıb. Amma o, Atillanın İrana qoyulan investisiyalar barədə məlumatları ilə qurulan qeyri-qanuni sistemə qatqıları olduğunu vurğulamışdı.

Ancaq jürinin qərarında Zərrabın yox, ABŞ Maliyyə Nazirliyinə bağlı investisiyalara nəzarət ofisinin iki eks- direktorunun verdiyi ifadələrin daha təsirli ola biləcəyini düşünülür. Adam Szubin və eks CIA Direktor köməkçisi olmuş David Cohen, İran investisiyaları məsələsində “HalkBank” adına tez-tez ünsiyyət qurduqları şəxsin Atilla olduğunu bildirmişdi. Hətta Szubin bir az da qabağa gedərək, olduqca dəqiq xatırladığını dediyi özəl bir görüşü yada salıb, “HalkBank”ın bu qanun pozuntusuna getdiyinə görə narahatlıq keçirdiyini deyərkən Atillanın həyəcanlandığını və tərlədiyini söyləyib.

Sözügedən məhkəmədə adı çəkilən, amma ABŞ-da olmadıqları üçün məhkəməyə cəlb edilməyən digər şəxslərlə bağlı hansı qərarın veriləcəyi isə texniki detallardan daha çox, siyasi bir mövzu olaraq görülür. “Bu şəxslərin öz ölkələrində siyasi toxunulmazlıq sahibi olmaları burada ittiham olunmalarının qarşısını almaz, bunu keçmişdə gördük” deyən Kolumbiya Universiteti hüquq professorü Daniel Richman aşağıdakıları deyib: “Bir ölkə liderliyinə qədər yüksəldiyi zaman ABŞ prokurorluq ofisi və Xarici İşlər Nazirliyi arasında (Dövlət Departamenti-red.) milli mənfəətlərin müzakirə olunduğu məqamlar olur. Nyu-York Cənub Bölgəsi isə əllərindəki dəlilləri getdiyi yerə qədər aparmaları ilə tanınırlar”.

“Siyasi mənfəətin nəzərə alınması”na nümunə olaraq 2010-cu ildə Nyu-Cersi ştatında yaxalanan 10 nəfərlik rus casus qrupunun Rusiyadakı dörd məhbus qarşılığında ölkələrinə qaytarılmasını misal çəkən Richman onu da deyib ki, Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsinin baxdığı bir prosesdə cəzaların ləğvi ilə bağlı tez-tez müzakirələr aparılıb: “Nəticədə siyasi mənfəətlər nəzərə alınaraq proses ləğv edildi”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakan Atilla ilə bağlı ABŞ məhkəməsinin ilk qərarı ortalığı qarışdırdı

    Hakan Atilla ilə bağlı ABŞ məhkəməsinin ilk ...

    4-01-2018, 22:32

  • 
  • Rza Zərrab yolun sonuna gəldi

    Rza Zərrab yolun sonuna gəldi ...

    22-12-2017, 10:57

  • 
  • Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi

    Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi ...

    29-11-2017, 14:07

  • 
  • Rza Zərrabın məhkəməsində ilginc səs yazısı, əsrarəngiz detallar

    Rza Zərrabın məhkəməsində ilginc səs yazısı, ...

    20-12-2017, 12:06

  • 
  • ​Rza Zərrabın yalanı ortaya çıxdı – Cinayət işində ŞOK DETALLAR

    ​Rza Zərrabın yalanı ortaya çıxdı – Cinayət ...

    19-12-2017, 11:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu