GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rza Zərrab yolun sonuna gəldi

Rza Zərrab yolun sonuna gəldi

Tarix: 22-12-2017, 10:57 Bölmə :Dünya Baxış: 369
Rza Zərrab yolun sonuna gəldi


Üç həftəlik məhkəmə prosesinin yekunları və gözlənilənlər....

Azərbaycan əsilli iş adamı Rza Zərrabın və Xalq Bankın keçmiş müdir müavini Mehmet Hakan Atillanın yeganə ittiham olunan şəxs kimi qeyd olunduğu, İran investisiyalarına embarqonun pozulması ilə bağlı Amerikada keçirilən məhkəmədə son mərhələ başlanıb.

“Yeni Müsavat” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prosesin çərşənbə axşamında keçirilən iclasında iddia və müdafiə tərəfi yekun nitqlərini söyləyib. Bununla da qərar mərhələsinə keçilib. Çərşənbə günü keçirilən iclasda isə hakim Riçard Berman jüri üzvlərinə qərar alma proseduru ilə bağlı son təlimatları verdi. Bunun ardınca jüri üzvləri andlarını içdi və qapalı qapılar arxasında verəcəkləri qərarla bağlı görüşmələrə başladı. Jüridə 12 üzv var. Qərarın verilməsi üçün yekdillik əsas şərtdir.

Jürinin Atillaya yönləndirilən 6 ayrı cinayət üçün onun hər bir cinayət üçün ayrı-ayrılıqda suçlu olub-olmadığına qərar verməsi gözlənilir. Jüri təqsirləndirilən şəxsi bütün ittihamlarla bağlı suçlu hesab edəcəyi kimi, bəzi ittihamlar üzrə suçlu hesab edib, digərləri üzrə etməyə bilər.

Atillaya “ABŞ və özəlliklə də ABŞ Xəzinə Nazirliyinə qarşı dələduzluq yolu ilə tələ qurmaq, Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmaq üçün tələ qurmaq, bankçılıq sistemində saxtakarlıq etmək, bankçılıq sistemində saxtakarlıq etmək üçün tələ qurmaq, qara pul yumaq və qara pul yumaq üçün tələ qurmaq” ittihamları yönləndirilir.

Jürinin vəzifəsi Atillanın günahkar olub-olmadığına qərar verdiyi nöqtədə sona çatacaq.

Jüri necə qərar verəcək?

Qanuni olaraq jürinin başqa heç bir təsir altında qalmadan 27 noyabrda başlayan məhkəmə prosesi boyunca həm ittiham, həm də müdafiə tərəfinin çıxardığı şahidlə ortaya qoyduğu dəlilləri təhlil edərək, qərar çıxarması gözlənilir. Jürinin qərar verməsi üçün mütləq bir zaman yoxdur.

Amma Yeni il tətilinin yaxınlaşmasına görə jürinin də dəyərləndirməsini qısa müddət içərisində tamamlayıb, qərarını açıqlaması gözlənilir. Jürinin dəyərləndirmə zamanı yeni məhkəmə iclasları tələb etmə və ya iddia, müdafiə tərəflərindən bəzi nöqtələrə aydınlıq gətirmə, bəzi tezisləri yenidən açıqlama istəməsi haqqı da var.

Əgər jüri üzvləri aradan qaldırılmayacaq qədər böyük ölçüdə fikir ayrılıqlarına sahibdilərsə, bu zaman hakim onlardan növbəti dəfə cəhd göstərmələrini istəyir. Amma jüri üzvləri arasında fikir ayrılıqları aradan qaldırılmasa və bu, qərarvermə anı üçün problem yaradarsa, bu halda hakimin prosesi ləğv etmə və yeni bir proses başlama tələbi irəli sürmə haqqı var.

Çərşənbə axşamı günü keçirilən prosesdə iddia və müdafiə tərəfi proses boyunca gündəmə gətirdikləri iddiaları, bunlara yönəlmiş cavabları ümumiləşdirən bir qapanış nitqi söylədi.

İddia instansiyası adına söz alan Nyu York Cənub Bölgəsi prokuror köməkçisi Maykl Lockard Atillanın Xalq Bankı qurumaq üçün “yalan söylədiyini” və İrana yönəlmiş embarqonun pozulmasında önəmli rol oynadığını iddia etdi.

Müdafiə heyəti adına söz alan vəkil Viktor Rokko da Atillanın içinə düşdüyü hekayənin ABŞ-da bir məhkəmə salonuna yox, detektiv janra aid bir əsərə aid olduğunu deyərək, müvəkkilinin günahsız olduğunu dedi.

Cəza necə müəyyənləşəcək?

ABŞ hüquq sistemində jürinin vəzifəsi ittiham olunan şəxsin günahkar olub-olmadığını hökm etdiyi nöqtədə sona çatır. Bu prosesdə də jürinin səlahiyyəti ancaq Atillanın günahkar olub-olmadığına qərar verməyi əhatə edir. Bu qərar verildikdən sonra isə hakimin vəzifəsi başlayır. Jüri cinayətə yol verildiyinə qərar verərsə, müəyyənləşəcək cəzanı hakim müəyyənləşdirir.

Əgər jüri Atillanın günahkar olmadığına qərar verərsə, bu zaman onun qısa müddət içərisində azadlığa buraxılması gözlənilir. Jüri Atillanın günahkar olduğuna qərar verərsə, bir neçə həftə ərzində prokuror Bermanın ayrı bir prosesdə tərəfləri bir araya gətirib, ittiham olunan şəxsə verdiyi cəzanı açıqlaması gözlənilir. Yekun prosesin yanvar ayının sonlarına doğru baş verəcəyi gözlənilir.

Bu prosesdə isə jürinin verəcəyi qərardan asılı olmayaraq, hakim Bermanın bütün hallarda bir cəza prosesi keçirməsi gözlənilr. Sözügedən prosesdə Atilla barədə ittihamlar sübuta yetirilərsə və o, günahkar elan edilərsə, həm Atilla, həm də prosesin digər iştirakçısı, Türkiyə və İran vətəndaşı, iş adamı Rza Zərrab üçün cəza qərarı veriləcək. Günahkar elan edilməszə, bu halda ancaq Zərrab üçün cəza qərarı veriləcək.

İttihamları qəbul edən və prokurorluqla anlaşma yoluna gedərək, şahidlik edən Zərrab üçün veriləcək cəzanın müəyyənləşməsində iddia instansiyasının mövqeyi də rol oynayacaq. Edilən anlaşma çərçivəsində, prokurorluğun hakim Bermana bir sənəd təqdim etməsi və bu sənəddə Zərrabın şahidliyinin iddia instansiyasına və ümumən prosesə nə qədər yardımçı olduğu öz əksini tapacaq və cəza endirimi tələbi də yer alacaq.

Hakim Bermanın Zərrabla bağlı cəza qərarında prokurorluğun mövqeyini də nəzərə alacağı gözlənilir.

“Yeni Müsavat” xatırladır ki, Nyu-Yorkda keçirilən məhkəmə 27 noyabr günü jüri üzvlərinin seçimi ilə başladı. İlk şahid olaraq Zərrab 28 noyabr günü şahid kürsüsünə çıxdı. Üç həftəlik bir prosesin sonunda tərəflər son sözlərini dedilər və məhkəmənin istintaq prosesi də yekunlaşdı./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Rza Zərrabın yalanı ortaya çıxdı – Cinayət işində ŞOK DETALLAR

    ​Rza Zərrabın yalanı ortaya çıxdı – Cinayət ...

    19-12-2017, 11:43

  • 
  • Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır

    Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır ...

    30-11-2017, 13:00

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi - 45-50 MİLYON AVRO

    Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi - ...

    30-11-2017, 13:57

  • 
  • ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi başlayır

    ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi ...

    27-04-2016, 16:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu