Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Taksim Gəzi parkı aksiyaları ilə bağlı hadisələri əks etdirən “Böyük Oyun” adlı videokaset çıxarıb.Kasetdə yer alan 28 dəqiqəlik videoda nümayişçilərin polis zabitləri ilə yanaşı, vətəndaşlara aid əşyalara və iş yerlərinə etdikləri hücumlar əksini tapıb.
Həmçinin Mecidiyəköy adlı küçədə aksiyaçıların arasına qarışaraq polisə atəş açan və iki polis zabitinin yaralanmasına səbəb olan şəxsin də görüntüləri videokasetdə yer alır.
Video bu sözlərlə başlayır: “Aydındır ki, bu qədər müsbət inkişaf bəzilərini narahat edir. Aydındır ki. bəziləri dünyanın yüksələn ulduzu olan Türkiyənin işığını söndürməyə çalışır. Aydındır ki, bəziləri illərdir təkrarlanan oyunu, yenə səhnəyə qoymaq istədi”.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da ölkədə baş verən iğtişaşların xarici qüvvələr tərəfindən planlaşdırıldığını hər fürsətdə dilə gətirir. VİDEO-1
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?