ABŞ-da respublikaçılar və demokratlar büdcə məsələsində anlaşa bilmədikləri üçün Trampın prezidentliyinin ilk ildönümündə federal hökumət rəsmi olaraq qapandı.
Bir çox federal qurumun öz xidmətlərini 20yanvar 2018-ci il etibarilə keçici olaraq dayandırmasına səbəb olan büdcə krizi milyonlarla büdcə işçisinin məvacib almadan çalışmasına, ya da məcburən məzuniyyətə çıxarılmasına səbəb olacaq.
Hökumətin qapanması ilə dövlət parkları və xatirə məkanları da ziyarətçilərin üzünə qapadılacaq. Böhranın uzanma müddətindən asılı olaraq veteranlara və təqaüdçülərə verilən ödəmələrin təxirə salınması, habelə ABŞ daxilində viza, pasport prosedurlarının həyata keçirilə bilməyəcəyi gözlənilir.
Hava nəqliyyat nəzarəti və qida nəzarəti kimi məcburi sayılan prosedurlar isə davam edəcək. Təhlükəsizlik gücləri, yanğınsöndürmə, Meşə Xidmətləri Nazirliyi, səhiyyə, poçt işçiləri işlərinə davam edəcək. Müdafiə Nazirliyi əsgər uniformalı heyətin normal çalışmasının davam edəcəyini bildiib. Ancaq mülki heyətin bir çoxundan evdə qalmaları istəniləcək.
ABŞ TARİXİNDƏ BİR İLK
ABŞ tarixində ilk dəfədir ki, bir partiya (Respublikaçılar) həm Nümayəndələr Palatası, həm Senat, həm də Ağ Evdə iqtidar olduğu halda hökumət qapanlr.
Federal büdcə quruluşlarının fəaliyyətini davam etdirməsini təmin edən üçüncü keçici büdcənin müddəti Vaşinqton saatı ilə 00.00-da dolub. Respublikaçılarla demokratların dördüncü keçici büdcə qanununu gecə yarısından öncə Konqresdə keçirə bilməməsi federal hökumətin maddi yetərsizliyi səbəbindən keçici olaraq bağlanmasına səbəb oldu.
Sözügedən qanun layihəsi ABŞ Nümayəndələr Palatasından dünən keçməsinə baxmayaraq, ABŞ Senatında lazım olan 60 “hə” səsini ala bilmədi. Demokratların büdcə düzəlişlərinə şiddətlə qarşı çıxmasına səbəb isə ölkəyə uşaq yaşda ailələri tərəfindən qaçaq olaraq gətirilən və “Xəyalpərəst” olaraq xatırlanan 800.000 civarında gənc qaçqını qoruyan DACA adlı proqrama yönəlik anlaşılmazlıq vacib rol oynadı.
Federal hökumətin büdcə böhranına görə qismən və keçici olaraq qapanmasının ardınca Ağ Evdən mətbuat sözçüsü Sara Sanders adından yazılı bir açıqlama verilib. Açıqlamada qeyd edilib ki, demokratlar siyasəti ölkə təhlükəsizliyinə tərcih edirlər. Onlar hökumətin qapanmasından Senatdakı azlığın lideri Çak Şumeri cavabdeh biliblər. Açıqlamada Sanders bildirib ki, “demokratlar vətəndaşlarımızı öz məntiqsiz tələbləri üçün girov olaraq istifadə etdikləri halda biz qaçaq miqrantların statusunu müzakirə etməyəcəyik”./musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?