Jurnalist Ülviyyə Şamilqızı Məmmədovanın nəşi ölkəyə gətirilib.
Mərhum jurnalist Gəncə şəhərində dəfn olunub. Onu yanvarın 23-də Bakı vaxtı ilə saat 19:20-də Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştəxan trasında avtomobil vurub. Minval.İnfo-nun bölgə müxbirinin verdiyi məlumata görə, mərhum jurnalist Gəncə şəhər qəbiristanlığında dəfn edilib. 1986-cı il təvəllüdlü Ülviyyə Şamilqızının ölümü ilə nəticələnən faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır. Ülviyyə Məmmədova uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı. Jurnalistin atası Şamil Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edərkən itkin düşüb. Sonradan ona şəhid statusu verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?