GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Davos Forumunda Prezident Tramp fələstinlilərə yardımı kəsməklə hədələdi

Davos Forumunda Prezident Tramp fələstinlilərə yardımı kəsməklə hədələdi

Tarix: 26-01-2018, 11:57 Bölmə :Dünya Baxış: 375
Davos Forumunda Prezident Tramp fələstinlilərə yardımı kəsməklə hədələdi


ABŞ Prezidenti Donald Tramp İsrail və fələstinlilər arasında sülh danışıqlarının bərpa olunub-olunmyacağını sual edib.

O, bu fikri İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə açıqlayıb. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu əsnasında görüş keçirən Prezident Tramp fələstinliləri ABŞ vitse-prezidenti Mayk Penslə regiona səfər zamanı görüşmədiklərinə görə hörmətsizlikdə ittiham edib.

O pul masa üzərindədir və onlar sülh danışıqlarına başlamayınca o pul onlara getməyəcək.
Tramp Fələstin ərazilərinə hazırda verilən maliyyə yardımını kəsməklə hədələyib.

“O pul masa üzərindədir və onlar sülh danışıqlarına başlamayınca, o pul onlara getməyəcək. Çünki sizə deyə bilərəm ki, İsrail sülh etmək istəyir, və vacibdir ki, qarşı tərəf də bunu istəsin, yoxsa biz bu məsələdən əlimizi tam çəkəcəyik,” Prezident Tramp müxbirlərə bildirib.

Bundan öncə Tramp Britaniya baş naziri Tereza Meylə fikir ayrılıqları barəsində deyilənləri “saxta şaiyə” adlandıraraq rədd edib və Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra bu ölkə ilə ticarəti gücləndirəcəyinə söz verib.

Donald Tramp seçki kampaniyasını "Amerika Birinci" mesajı üzərində qurmuşdu və administrasiyasının siyasətinin də bu prinsipə əsaslandığını bildirir.
Donald Tramp seçki kampaniyasını "Amerika Birinci" mesajı üzərində qurmuşdu və administrasiyasının siyasətinin də bu prinsipə əsaslandığını bildirir.
Trampın “Amerika Birinci” diplomatiyasının Davos kimi forumların tərənnüm etdiyi qlobal sistemə zərbə vuracağına dair bəzi liderlər təlaş keçirir.

Danimarka baş naziri Lars Lokke bir çox avroplalıarın pozitiv mesaja ümid bəslədiklərini qeyd edib.

“Mən ümid edirəm ki, o, “Amerika Birinci” mesajı ilə yanaşı “Əlbəttə ki, tək yox” mesajı da göndərəcək,” deyə baş nazir ABŞ-ın başqa ölkələrlə əməkdaşlığını davam etdirəcəyinə ümidini ifadə edib. “Dünya çox sayda problemlərlə üzləşir ki, bunlar yalnız sıx beynəlxalq əməkdaşlıq sayəsində həll oluna bilər.”

Hərçənd ki, beynəlxalq miqyasda var-dövlət artır və dövlətlərin varidatı çoxalır, paylaşmada olan qeyri-bərabəlirlik irimiqyaslı siyasi effektlər verməkdədir.
İndercit Parmar, professor
Beynəxalq Valyuta Fondunun ekspertlərinin 2018-ci ildə iqtisadi artım proqnozlaşdırdıqları bir vaxt Davosda nikbin əhval-ruhiyyə hökm sürür. Lakin bağlı qapılar arasında qarşıda təhlükələrin olduğu haqda narahatlıqlar ifadə olunur.

“Hərçənd ki, beynəlxalq miqyasda var-dövlət artır və dövlətlərin varidatı çoxalır, paylaşmada olan qeyri-bərabərlik irimiqyaslı siyasi effektlər verməkdədir,” deyə London Şəhər Universitetinin beynəlxalq siyasət üzrə professoru İndercit Parmar xəbərdarlıq edir.

Prezident Donald Trampın cümə günü çıxış edəcəyi gözlənilir.

“Prezident Tramp iki auditoriyaya danışacaq – biri qarşısında olanlar, ikincisi isə öz seçici bazası. Məndə belə bir hissiyat var ki, o, vətəndəki adamlara göstərməyə çalışacaq ki, qlobalizasiyanın yuvasına gedərək orada Amerika və Amerika xalqını təmsil edib,” təhlilçi Parmar bildirir./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Benyamin Netanyahu ABŞ-a xəbərdarlıq edib

    Benyamin Netanyahu ABŞ-a xəbərdarlıq edib ...

    19-11-2017, 22:02

  • 
  • Tramp: "Görüşü səbirsizliklə gözləyirəm"

    Tramp: "Görüşü səbirsizliklə gözləyirəm" ...

    8-01-2017, 10:16

  • 
  • Obama və Buşdan fərqli olaraq Tramp Davosda iştirak edəcək

    Obama və Buşdan fərqli olaraq Tramp Davosda ...

    10-01-2018, 13:41

  • 
  • Tramp Hindistanın baş nazirini Vaşinqtona dəvət edib

    Tramp Hindistanın baş nazirini Vaşinqtona dəvət ...

    28-03-2017, 22:56

  • 
  • Tramp Obamanın Fələstinə ayırdığı 221 mln. dollar yardımı dayandırıb

    Tramp Obamanın Fələstinə ayırdığı 221 mln. dollar ...

    26-01-2017, 23:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu