Ağ Evdən verilən açıqlamaya əsasən, ABŞ prezidenti bir neçə gündən sonra İsveçrənin Davos şəhərində keçirləcək Dünya İqtisadiyyat Forumunda iştirak edəcək.
Açıqlamanı Ağ Evin mətbuat katibi Sara Sanders verib. Bildirilir ki, Tramp dünyanın siyasi liderləri və iqtisadi nəhəngləri ilə görüşəcəyi Davos iclasında iştirak edəcəyi günü səbrsizliklə gözləyir.
Sanders deyib: "Prezident Tramp Amerika müəssisələri, sənaye sahələri və işçilərini gücləndirmək üçün bu il keçirilən forumda iştirak edəcək". Qeyd edək ki, Klinton 2000-ci ildə keçirilən forumda iştirak etsə də, Obama və Buş bu iclaslarda iştirak etməyiblər.
Sorğu
Yeni dizaynımız necədir?