GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bloq: iNəsil

Bloq: iNəsil

Tarix: 28-01-2018, 15:17 Bölmə :Dünya Baxış: 280
Bloq: iNəsil


“1995-2012-ci illər arasında doğulmuş bu nəslin üzvləri smartfonlarla böyüyür, Instagram hesabları var, və internetdən öncəki vaxtı xatırlamırlar,” deyə psixoloq Jean Duenge iNəsli təsvir edir. 2000-ci illərdə həddi-büluğa çatmış milleniarlarla müqayisədə ən yeni nəslin nümayəndələri iPhone təqdim olunanda yeniyetməlik dövrünə yenicə qədəm qoyurdular. Amerikada 2017-ci ildə 5,000 yeniyetmə arasında aparılmış sorğunun nəticələrinə əsasən onların dörddə üçü iPhona sahibdir.

iNəslin son onilliklərin ən nəhəng mənəvi böhranı ilə üzləşdiyini demək şişirtmə olmazdı.
Bir çox valideynlər uşaqlarının əl boyda ekranda ifrat dərəcədə vaxt keçirməsindən narahatlıqlarını ifadə edirlər. Psixoloqun sözlərinə görə, bu cür cihazların həyata göstərdiyi təsirin tam miqyası hələ də anlanılmır. “Smartfonun gəlişi yeniyetmələrin həyatının hər bir aspektini radikal dərəcədə dəyişib,” Duenge yazır. “Sosial təmasın xarakterindən tutmuş onların əqli sağlamlığınadək hər şey bu təsirə məruz qalıb. Fərqi yoxdur ki, yeniyetmə yoxsul ya varlıdır, şəhərdə, yaxud kiçik qəsəbədə yaşayır. O yerdə ki, mobil telefon qülləsi var, burada yeniyetmələr smartfonlarında həyat sürürlər.”

Psixoloq bəri başdan aydın edir ki, onun məramı indiki nəsillə əvvəlki nəsli müqayisə edərək nostalji hisslərə qapılmaq deyil. Eksperti maraqlandıran əsas cəhət indiki nəsli, onun üzləşdiyi sınaqları, həyatı başa düşməkdir. Duengenin fikrincə, dəyişikliklər qarışıqdır – onların müsbət tərəfi də var, mənfi tərəfi də.

Bəzi yeniyetmələr üçün sosial mediada keçirdikləri virtual həyat real həyatı əvəzləyir.
Bu gün amerikalı uşaqlar vaxtlarını maşında yaxud partilərdə yox, yataq otağında smartfonla baş-başa keçirməyə üstünlük verirlər. Bu üzdən indiki yeniyetmələr daha təhlükəsiz həyat tərzinə malikdirlər. Onların maşın qəzasına düşmə, yaxud alkohola qurşanma ehtimalları əvvəlki nəsillərlə müqayisədə kifayət qədər aşağıdır.

2015-ci ildə öz həyatına qəsd edən qızların sayı 2007-ci ildə intihar edən qızların sayından üçqat, oğlanlarda isə ikiqat artıb.
Oxşar təzad yeniyetmələrin qarşı cinsin nümayəndələri ilə təmaslarında müşahidə olunur. Əvvəlki nəsillər kiminsə kimə aşiq olmasından pıçıldaşdıqları halda, iNəslin təmsilçiləri smartfonda yazışmağa üstünlük verirlər. Fiziki görüşlər adətən uzun yazışmalardan sonr baş verir ki, bunun da ümumi sayı əvvəlki nəsillərlə müqayisədə olduqca azdır. 2015-ci ildə Amerikada məzunların 56% faizi qarşı cinsin nümayəndəsi ilə romantik görüşə çıxıb. Halbuki əvvəlki nəsillər üçün bu rəqəm 85% təşkil edirdi. Digər tərəfdən Amerikada yeniyetmə hamiləlik səviyyəsi xeyli düşüb. 1991-ci illə müqayisədə hamilə qalan yeniyetmələrin sayı 2016-cı ildə 61% azalıb.

Hesabatda ən çox təlaş doğuran amil iNəslin psixoloji durumudur. Duengenin yazdığına görə yeniyetmələr arasında 2011-ci ildən bəri depressiya və intihar halları rekord həddə çatıb. “iNəslin son onilliklərin ən nəhəng mənəvi böhranı ilə üzləşdiyini demək şişirtmə olmazdı,” müəllif yazır.

Statistika göstərir ki, yeniyetmələr smartfonda nə qədər çox vaxt keçirirsə, bir o qədər çox depressiya simptomları özünü büruzə verir.
Hər nəslin özünəməxsus cizgiləri, yaşadıqların vaxtın gətirdiyi ab-hava var. Üstəlik valideynlik üslubları, tədris planları da fərqlənir. “Ancaq smartfonla sosial medianın qoşa qalxımı indiyədək müşahidə etmədiyimiz miqyasda bir sosial zəlzələyə təkan verib. Ortada olan dəlillər göstərir ki, bizim yeniyetmələrin əlinə qoyduğumuz cihazlar onların həyatını büsbütün dəyişib – elə bir dəyişiklik ki, bu, onları ciddi şəkildə bədbəxt edir.

Statistika göstərir ki, yeniyetmələr smartfonda nə qədər çox vaxt keçirirsə, bir o qədər çox depressiya simptomları özünü büruzə verir. 8-ci sinif şagirdləri arasında sosial mediaya aludə olmuş uşaqlar arasında depressiya riski idmanla məşğul olan, hətta ev tapşırıqlarını yetrinə yetirənlərlə müqayisədə 27% yüksəkdir.
Hər gün smartfonda 3 saat yaxud daha çox vaxt keçirən yeniyetmələrin intihar riski 35% yüksəkdir. Bu, digər amillərlə, məsələn televizora baxmaqla bağlı olan riskdən qat-qat yüksəkdir. Maraqlıdır ki, intihar riski nə qədər böyükdürsə, smartfona aludə olmuş yeniyetmələrin qətl törətmə ehtimallları bir o qədər aşağıdır. 2011-ci ilin statistikasına əsasın son 24 ildə ABŞ-da ilk dəfədir ki, yeniyetmənin intihar etmə ehtimalı qətl törətmək ehtimalından daha böyükdür.

Burada gender fərqi də aşkar nəzərə çarpır. Belə ki, 2012-2015-ci illər arasında oğlanların depressiyaya düşmə ehtimalı 21% artım olduğu halda, qızlar üçün bu rəqəm 50% təşkil edir. 2015-ci ildə öz həyatına qəsd edən qızların sayı 2007-ci ildə intihar edən qızların sayından üçqat yüksək olduğu halda, oğlanlarda həmin artım ikiqat səviyyədədir. Duenge onu da qeyd edir ki, özünə-qəsd zamanı daha ölümcül metodlara əl atan oğlanlar ümumilikdə qızlardan daha çox intihar edir.

İntiharda xüsusi rol oynayan gözümçıxdıya məruz qalmanın yeni metodu – sosial medianın peyda olması bu trendə xüsusi təkan verib. Kiber-gözümçıxdının geniş hal almasından sosial media şirkətləri də agahdırlar. Bu yaxınlarda mətbuata sızan sənəddən məlum olur ki, Facebook rəhbərliyi yeniyetmələrin onlayn davranışına uyğun olaraq onların mənəvi durumu haqda təsəvvürə əsaslanaraq yeniyetmələrin özünə-inam hissini gücləndirməsinə yönəlik postların sayını və məqamını müəyyən etməyə çalışır. Facebook sənədin həqiqiliyini inkar etməsə də, insanların emosional durumuna müvafiq olaraq onların Facebook divarına postlar hədəfləmədiyini bildirib.

Tədqiqatlar göstərir ki, uşaqlar nə qədər çox idman və başqa qrup fəaliyyətləri ilə məşğul olurlarsa, psixoloji baxımdan bir o qədər çox sağlam olurlar.

Jean Duenge təkcə depressiya ilə smartfon arasındakı bağlılığı əsas götürürək uşaqlarına telefonu yerə qoymağı tövsiyə edir. Maraqlıdır ki, mobil texnologiyanın vətəni sayılan Silikon Vadisində şirkət rəhbərlərinin bir çoxu öz övladları ilə bağlı bu qaydaya riayət edir. Apple şirkətinin əfsanəvi banisi Stiv Cobs öz uşaqları üçün dünyaya bəxş etdiyi iPhone-dan istifadəni məhdudlaşdırmışdı.

“Söhbət uşaqların yenyetmə kimi keçdiyi təcrübədən gedir,” Duenge yazır. “Smartfonların müntəzəm mövcudluğu uşaqların böyümə prosesində dərin iz buraxır. Uşaqlıq dönəmində depressiya keçirmiş adamların az qala yarısı həyatın sonrakı mərhələlərində də depressiyaya düşür. Yeniyetməlik sosial qabiliyyətləri inkişaf etdirmək dövrüdür. Yeniyetmələr üz-üzə nə qədər az vaxt keçririlərsə, onların bunu məşq etmək imkanı da bir o qədər az olur. Təəssüfləndirici o olardı ki, gələcəkdə adamların çoxu situasiyaya müvafiq hansı sifət ifadəsindən daha çox hansı emocidən istifadə etməli olduqlarını bilsinlər.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda iPhone "6S" və "6S+"un qiymətləri açıqlandı

    Bakıda iPhone "6S" və "6S+"un ...

    29-09-2015, 14:58

  • 
  • Bloq: ... Mahnının köhnəsi

    Bloq: ... Mahnının köhnəsi ...

    1-10-2017, 17:07

  • 
  • Könül Ordubadi: ”Valideynlər övladları ilə dost olmalıdırlar”

    Könül Ordubadi: ”Valideynlər övladları ilə dost ...

    31-07-2015, 10:29

  • 
  • "Apple"nin yeni smartfonu: "iPhone" 8, yoxsa X?

    "Apple"nin yeni smartfonu: ...

    23-06-2017, 13:40

  • 
  • Elşad Abdullayev ilin adamı seçildi

    Elşad Abdullayev ilin adamı seçildi ...

    21-12-2012, 14:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu