Türkiyə ordusunun Afrində həyata keçirdiyi antiterror əməliiyyatı davam edir. Bu gün Türkiyə Silahlı Qüvvələri strateji əhəmiyyətli yüksəklik olan Burseya dağını ələ keçiriblər.
Bu haqda Türkiyə Silahlı Qüvvələrinə istinadən DHA məlumat yayıb. Bildirilir ki, bu yüksəklikdə mövqe tutan terrorçular zərərsizləşdirilib. Qeyd edək ki Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ordunun İraq sərhədinı qədər irəliləyəcəyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?