İsveçin IKEA mebel brendini dünya miqyasında biznes imperiyaya çevirən əfsanəvi İnqvar Kamprad 91 yaşında vəfat edib.
Kamprad şənbə günü İsveçin cənub regionu Smalandda pnevmaniyadan ölüb. Tanınmış iş adamı həmin ərazidə böyüyüb və biznes fəaliyyətinə orada qələm, rəsm çərçivələri, çap maşınları və digər məhsullar satmaqla başlayıb.
Hal-hazırda onun bir kiçik mebel dükanı ilə əsasını qoyduğu IKEA şirkətinin dünya üzrə 403 satış mərkəzi, 190,000 əməkdaşı və 47 milyard dollar miqdarında illik satışı var.
Onun brendi Skandinaviya dizaynının sadəliyi, əlverişli qiymət, rahat qutulaşdırma və “özün yığ” prinsipinin sinoniminə çevrildi. Bu nailiyyət Kampradı 46 milyard dollar sərvətə sahib etdi.
Şirkətin adı İnqvar Kampradın adının, soyadının, fermasının və doğulduğu şəhərin ilk hərflərindən yaranıb.
İsveç kralı Karl Qustav Kampradı “həqiqi iş adamı” və İsveçi dünyaya çıxaran şəxs adlandırıb.
Lakin Kampradın həyatı qalmaqaldan da uzaq olmayıb. O, 1940-cı illərdə Nasist gənclər hərəkatı ilə əlaqələrinə görə kəskin tənqidlərlə üzləşib. Bundan əlavə, Kamprad ölkəsində yüksək vergi sistemindən yayınmaq üçün bir neçə il Danimarka və İsveçrədə yaşayıb.
Sorğu
Yeni dizaynımız necədir?