İran İnqilab Keşikçiləri Qvardiyasının Dəniz Qüvvələri komandanı admiral Əli Fedəvi ABŞ-ın öz hərbi qüvvələrini Bəsrə körfəzindən çəkməli olduğu barədə bəyanatla çıxış edib. Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İranın ingilis dilində yayımlanan dövlət televiziyasına - Press TV-yə msahibəsində Fedəvi "Bəsrə körfəzi və Hörmüz boğazının təhlükəsizliyini qorumaq strategiyası"ndan danışıb. O, ABŞ-ın hərbi varlığının bölgədən uzaqlaşdırılmasının İran Dəniz Qüvvələrinin prioritetlərindən olduğunu deyib: "Körfəzdəki ABŞ gəmilərinə hücum və onları batırma istiqamətində bir çox manevr etdik. Bir Amerika gəmisini 50 saniyədə batırma imkanına malikik". ABŞ-ın bölgədəki sualtı gəmilərinə işarə edən Fedəvi İran donanmasının su altındakı hədəflərə hücum üçün müasir silahlara sahib olduğunu deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?