GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ​PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? - Rusiya elitasında qorxu və gərginlik artır

​PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? - Rusiya elitasında qorxu və gərginlik artır

Tarix: 3-02-2018, 14:20 Bölmə :Dünya Baxış: 277
​PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? - Rusiya elitasında qorxu və gərginlik artır


ABŞ maliyyə nazirliyinin “Kreml məruzəsi” adlanan sənədi dərc etməsindən bir neçə saat sonra, bu haqda şəxsən Rusiya prezidentinin özü danışmağa başladı. Onun sözlərinə görə, bu siyahıya nəinki siyasətçilər və biznesmənlər, həm də “146 milyon rusiyalı” daxil edilib.

Vladimir Putin Kremlin bir neçə addımlığındakı “Qostinıy dvor”da yerləşən özünün seçki qərargahındakı çıxışında elə danışıb ki, guya bu siyahı bütün Rusiyaya qarşı atılmış “düşmənçilk aktı”dır.

Siyahının dərc edilməsi necə baş verdi?

Keçən il ABŞ Konqresi Tramp administrasiyasına Putin rejimində varlanan adamların siyahısını tərtib etməyi tapşırmışdı. Bu siyahı Konqresin sanksiyalar barəsindəki “Caatsa” qanunu çərçivəsində həyata keçiriləcək mümkün yeni sanksiyalar üçün əsas təşkil edir. Lakin Tramp Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini qəbul etmək istəmir. O, Moskva ilə münasibətləri gərginləşdirməməyin tərəfdarıdır. Belə ki, onun administrasiyası yeni cərimə sanksiyalarının qəbul edilməsi müddətini buraxdı. Bunun əvəzinə ABŞ Maliyyə Nazirliyi həmin siyahını dərc etdi.
Beləliklə, Tramp və dövlət katibi Reks Tillerson haradasa şpaqat etməyə cəhd göstərirlər:bir tərəfədən bu siyahının dərci ilə onlar Konqresin tələbini təmin etməyə çalışırlar, digər yandan isə onlar Rusiyanı daha çox qıcıqlandırmaq istəmirlər. Əsas ideya, Putinin yaxın dostlarına qarşı daha sərt sanksiyaların tətbiq oluna biləcəyi qorxusunun köməyindən istifadə etməklə, Moskvanı cilovlamaqdan ibarətdir. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu siyahı qorxutmaq üçün düşünülüb və ona görə də hələlik gələcəkdə həyata keçirilməsi üçün konkret sanksiyalara ehtiyac yoxdur.
Sözsüz ki, Tramp administrasiyasının bu cür davranışı Konqres tərəfindən çox tənqidi qarşılanıb. Müxalifət Trampı Rusiyaya qarşı münasibətdə hədsiz mərhəmətli olmaqda günahlandırır. Demokratların xarici siyasət komitəsinin başçısı əsəbləşərək deyib: “Mən vədlərdən boğaza qədər doymuşam. Nə qədər gözləmək olar? Nəhayət, bu hökumət bizim ölkəni və bizim seçkiləri nə zaman qoruyacaq? Onlar Moskvaya cəzalanmaqdan qaçmağa növbəti dəfə imkan verəcəklər”.

Kimlərə şamil ediləcək?

Həmçinin “Putin siyahısı” da adlandırılan “Kreml məruzəsi”ndə 210 nəfərin adı var.Onlardan 114-ü hökumət və ya da səhmləri dövlət nəzarətində olan firmalarla bağlıdır. Qalanları isə (96 nəfər) Kremlə bağlılığı olan və var-dövlətləri azı bir miyard dollardan çox olan oliqarx və biznesmenlərdir.
Bu əlaqələrin konkret tərəfi bəlli deyil. Çünki informasiya məxfi saxlanılır. Maliyyə nazirliyinin bildirdiyinə görə, məruzənin həmin hissəsində digər adlar, korrupsiya ilə bağlı sübutlar və əlavə məlumatlar var. Siyahıya Putinin güc strukturlarında işləmiş köhnə etibarlı dostlarının adlarının salınması da təəccüb doğurur. Bunlar Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və müdafiə naziri Sergey Şoyqudur.
Rusiyanın bütün enerji resurslarına rəhbərlik edən “Qazprom”un rəhbəri Aleksey Miller və “Rosneft”in rəhbəri İqor Seçinin də adları siyahıdadır. Siyahıya “Rossiya” bankının direktorlar şurasının sədri Yuriy Kovalçuk da salınıb. Prezident administrasiyasının başçısıAnton Vayno da yaddan çıxmayıb. ”Senior political leaders” bölməsində Dövlət Dumasının sədri Vyaçeslav Volodinin də adını tampaq olar.
Amma bu sənəddə Putinə kimin nə qədər yaxın olmasına fərq qoyulmayıb. Siyahıda məntiq də yoxdur. Çünki siyahıda Dmitri Medvedyevin rəhbərlik etdiyi nazirlər kabinetinin 30 üzvünün adının olmasına baxmayaraq, Mərkəzi Bankın başçısı Elvira Nabiullina və Hesablama Palatasının sədri Tatyana Qolikovanın adları yoxdur.

Siyahıda kimlərin adları çəkilməyib?

Adların seçilməsi təəccüb doğurur. 2007-ci ildən Çeçenistana rəhbərlik edən Ramzan Kadırovun adı siyahıda yoxdur. Siyahıya həmçinin ilhaq olunmuş Krımın rusiyapərəst hökumətinin rəhbəri Sergey Aksyonovun da adı salınmayıb. Bundan başqa Suriyadakı hərbi əməliyyatlarda iştirak etmiş və hal-hazırda orada fəaliyyətdə olan ordu generallarının da adı siyahıda yoxdur.

Səhv varmı?

Ən azından bir nəfər var. Bəzi Rusiya KİV-ləri bildiriblər ki, siyahıya salınmış “Rosset”-in keçmiş rəhbəri Oleq Budarin artıq 2017-ci ildən bu vəzifədən gedib.

Oliqarxların siyahısı necə görünür?

Əgər bu siyahıya diqqətlə baxsaq, onda görərik ki, bu, “Forbes” jurnalının 2017-ci ildə dərc etdiyi Rusiya milyarderləri siyahısının əksidir. Hər iki siyahıda birinci yerdə “Novatek” enerji konserninin rəhbəri Leonid Mixelson, ikinci və üçüncü yerdə isə poladəritmə biznesinin nümayəndələri Aleksey Mordaşev və Vladimir Lisinin adları dayanıb. Siyahıda həmçininƏlişir Usmanov və Roman Abramoviç kimi tanınmış oliqarxların da adları var.
Həqiqətənmi siyahıya salınmışların hamısı Kremlə yaxın adamlardır? Bu sualın cavabı yoxdur. Bir tərəfdən Putinin etibarlı adamı Arkadi Rotenberq və Kiril Şamalovun adı keçir. Hal-hazırda A.Rotenberq Rusiya ərazisindən Krıma körpü çəkir. ”Bloomberg” agentliyinin məlumatına görə, K.Şamalov artıq Putinin keçmiş kürəkənidir və o eyni zamanda neft-kimya nəhəngi ”Sibur”un direktorlar şurasının üzvüdür.
Digər tərəfdən isə, siyahıda Kreml ilə xüsusi yaxınlığı olmayanların da adı var. Bunlar “Maqnit” pərakəndə mağazalar şəbəkəsinin qurucusu və müştərək sahibi Sergey Qalitskivə “Yandex”-in yaradıcısı Arkadi Voloşdur.

Bunun gələcəkdəki nəticələri necə ola bilər?

Maliyyə nazirliyinin yeni sanksiyalara ehtiyac olmamasını və bu siyahının da yarımçıq olmasını söyləməsinə baxmayaraq, Rusiya elitası arasında böyük narahatçılıq yaşanır.Çünki adları çəkilənlər üzərində “domokl qılıncı” kimi təhlükə asılıb və onlar nə vaxtsa sanksiya cərimələrinin hədəfi olacaqlarından bərk qorxurlar. Əgər ABŞ həqiqətən də yeni sanksiyalar elan edərsə, onda adları çəkilən bu şəxslər öz xarici hesablarının dondurulması ilə hesablaşmaq məcburiyyətində qalacaqlar. Bundan başqa onların ABŞ və ya Qərbi Avropaya səfərləri məhdudlaşa bilər. Bu isə onlarla iş görən xarici firmaları da qorxudur.
Amma yeni sanksiyalar olmadan da bu siyahı adları çəkilən biznesmenlərin işini mürəkkəbləşdirə bilər. Axı onların adları həmişəlik Kremllə bağlanacaq…
İndi sual olunur: əgər ümumi yekunla götürsək, dərc edilən bu siyahı siyası planda kimə faydalıdır? Bəlkə bu, Qərbin Kreml ilə iqtisadi elitanın arasını vurmaq istəyidir.
Putin özünün vətənpərvərlik divarı arxasında gizlənməkdə davam edərək, Rusiyanı birliyə çağıracaq? Hələlik Moskvanın bu siyahıya cavab tədbirləri ilə necə reaksiya verəcəyi bəlli deyil.
(“Der Spiegel”-Almaniya)
Tərcümə azpolitika.info-nundur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin “qara siyahı”ya salınır

    Putin “qara siyahı”ya salınır ...

    25-12-2012, 12:44

  • 
  • ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

    ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır ...

    31-01-2018, 00:17

  • 
  • Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

    Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi ...

    29-04-2014, 10:25

  • 
  • ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalara razılaşıb

    ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalara ...

    23-07-2017, 15:47

  • 
  • Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB

    Tramp və Putin arasında görüş başa çatıb ...

    7-07-2017, 22:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu