ABŞ prezidenti Donald Tramp Rusiya və Çini amerikalılar üçün təhlükəli düşmən elan etdi və Birləşmiş Ştatların yenilənmiş nüvə doktirinasına Rusiya Federasiyası tərəfindən nüvə zərbəsi təhlükəsinin qarşısının alınması məsələsi daxil edildi. Bu, böyük güclərin açıq müstəvidə toqquşması deməkdir.
Rusiyalı hərbi ekspert Pavel Felgenhauer ABŞ və Rusiya arasında böyük müharibə təhlükəsini və dünyanın ən gərgin üç mərkəzinin hara olduğunu şərh edib. Rusiyalı ekspert deyib ki, Çinin ABŞ tərəfindən təhlükə elan olunması yeni xəbər deyil: “Obama dövründə də amerikalı hərbiçilər Çinə, ümumiyyətlə, Asiyaya xüsusi diqqət yetirirdilər. Lakin Rusiyanın təhlükə siyahısında daxil edilməsi yeni xəbərdir. Çünki 2016-cı ilə qədər ABŞ Rusiyaya təhlükəli rəqib kimi baxmırdı. İndi isə Rusiyaya təhlükə kimi baxırlar, çünki ortada strateji nüvə potensialı var. Və bunu “Soyuq müharibə №2” adlandırmaq olar”. P.Felgenhauer qeyd edib ki, ABŞ bir çox məsələdə əvvəlki kimi hərəkət edəcək. “Hərbi hazırlıqlarda və strategiyalarda dəyişiklilər olur. “Soyuq müharibə”nin sonlarından – 1991-ci ildən başlayaraq, Amerika regional-lokal müharibələr aparırdı. ABŞ ordusu həmin vaxt SSRİ ilə mübarizə və Avropada böyük tank müharibəsi formasında qurulmuşdu. Müvafiq olaraq, aşağı intensivlikdəki müharibələr üçün yararlı deyildi. Dəyişikliklər lazım idi və amerikalılar lokal müharibələr aparmaq üçün müəyyən dəyişiklikər etdi. Lakin indi Amerika əvvəlki vəziyyətə qayıdır və böyük ordu ilə - təxminən 25 min tankla müharibə aparmaq qabiliyyətinə malik ordu qurur”, - deyə o bildirib. Hərbi ekspert Rusiyanın strateji sistemlərdə ABŞ-ı qabaqladığına diqqət çəkib: “Putin bir neçə dəfə açıqlayıb ki, “biz strateji sistemlərdə amerikalıları qabaqlayırıq”. O, həqiqəti deyirdi, çünki Rusiya yeni raketlər yaradıb, ABŞ-da isə köhnə sistemlər hələ də qalır. Onlardakı “Triada” son 30 ildə yenilənməyib. İndi ABŞ taktik nüvə silahını, yəni nüvə başlıqlı qanadlı raketləri yeniləyəcək. Bu dəyişikliklər təkcə Çin və Rusiya ilə bağlı deyil. İkinci “soyuq müharibə” başlandı və gərginliyin üç əsas mərkəzi var: Avropa, Uzaq Şərq və Yaxın Şərq. Yaxın Şərqdə və Avropada döyüşlər gedir, lakin bu, aşağı intensivlikdədir. Gərginlik nöqtələri Donetskdə, Suriyada, İraqda və Yəməndə var. Uzaq Şərqdə hələlik yoxdur, amma böyük ehtimalla bu il Şimali Koreya ilə toqquşma başlana bilər. Bütün bu mərkəzlərdə eskalasiyanın yüksək təhlükəsi kifayət qədər var və böyük ehtimalla bu eskalasiya qlobal müharibənin bir mərkəzinə birləşməyə başlayacaq. Bu ehtimal çox da bük olmasa da, sıfıra bərabər olduğunu da demək olmaz. Əlbəttə, nüvə müharibəsi qorxusu bu ssenarinin reallaşmasının qarşısını ala bilər. Buna ümid edirik”. /muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?