ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Bonn şəhərində Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi ilk görüşünü məhsuldar adlandırıb. Tillerson həmçinin qeyd edib ki, iki ölkə arasında ziddiyyət təşkil edən məsələlərdə ABŞ gələcəkdə də öz mövqeyindən dönməyəcək.
“Amerika xalqına fayda gətirəcək əməli əməkdaşlıq üçün sahələr müəyyənləşdikdə, biz Rusiya ilə qarşılıqlı əlaqənin mümkünlüyünü nəzərdən keçirəcəyik”, - deyə Tillerson Lavrovla görüşdükdən sonra bildirib.
Sorğu
Yeni dizaynımız necədir?