GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran iqtidarı və sufi dərvişlər arasında toqquşmalar

İran iqtidarı və sufi dərvişlər arasında toqquşmalar

Tarix: 22-02-2018, 12:40 Bölmə :Dünya Baxış: 378
İran iqtidarı və sufi dərvişlər arasında toqquşmalar


İranın təhlükəsizlik qüvvələri və Qonabadi dərvişlər arasında bu yaxınlarda toqquşmalar ibadət yerləri dağılmış və üzvləri həbs edilmiş dərvişlərin illərdir qarşılaşdığı təqiblərin ardınca baş verir.

Qonabadi dərvişləri kimdir?


Nemətollahi Qonabadi icması İranda ən böyük sufi qrupudur. Qrupun Tehran və İsfahan kimi böyük şəhərlərlə yanaşı, ölkənin hər yerində üzvləri var. Onlar gündə beş dəfə namaz qılır və Ramazan ayında oruc tutur. Onların gündəlik ritualına şerlər oxumaq da daxildir.

Qonabadi dərvişlər Sufiliyə həyata Allaha yaxın olmağın bir yolu kimi baxır. Onlar narkotiklərdən istifadənin əleyhinə çıxış edir və tolerantlığa çağırır. Amma bundan daha önəmlisi odur ki, onlar din və siyasətin ayrı olmalı olduğuna inanır.

Onların lideri Parisdə təhsil almış 90 yaşlı Nurəli Tabandedir. O, 1979-cu ildən əvvəl və sonra bir neçə siyasi məhbusun müdafiəçisi olub. Dərvişlər deyir ki, Tabandenin təhlükəsizliyi onlar üçün “qırmızı xətt” deməkdir.

Son həftələr onlarla dərviş Tabandeni müdafiə etmək üçün onun Tehranın şimal hissəsindəki evinin qarşısında oturaq aksiya keçirib.

Tehran onlara nə üçün təhlükə kimi baxır?

İranın dini isteblişmenti uzun müddətdir dində monopoliyaya təhlükə hesab etdiyi hər hansı qrupa qarşı çıxır.

Dərvişlər deyir ki, onların dövlət tərəfindən təzyiqlərlə qarşılaşmasının səbəbi qrupun artan populyarlığı ilə bağlıdır. Onlar İranda və ölkənin hüdudlarından kənarda üzvlərinin sayının 2 milyonla 5 milyon arasında olduğunu bildirir. Dərvişlərin bildirdiyinə görə, onların sıx birləşmiş icmasında birlik İran rəsmilərini narahat edir.

Bəzi mühafizəkar din xadimləri Sufiliyi İslama təhlükə adlandırır. Qumda yüksək səviyyəli din xadimi olan Ayətullah Hüseyn Nuri Həmədani 2006-cı ildə bildirmişdi ki, sufilər siyasətə qarışmamaqla İslamı zəiflədirlər. Sərt xətt tərəfdarları həm də dərvişləri onda ittiham edirlər ki, xarici qüvvələr İran cəmiyyətində parçalanma yaratmaq məqsədilə onlardan istifadə edir.

2007-ci ildə özlərini Qum seminaristləri adlandıran qrup tərəfindən dərc edilmiş məktubda Sufiliyin təhlükələri ilə bağlı xəbərdarlıq edilib və rəsmilər daha sərt davranmağa çağırılıb.

Amnesty International təşkilatı 2010-cu ildə Ali dini rəhbər Ayətullah Əli Xameneyinin dərvişləri “yeni yaradılmış saxta mistika dairələri” kimi məhkum etməsindən sonra dərvişlərə qarşı təqiblərin artdığını qeyd edir.

Allahla birbaşa vəhdət yarada bildiklərinə inanan sufilərə İranda uzun müddətdir fərqli münasibət mövcuddur. Gərginliklər İslam respublikasının yaradılmasından sonra daha da artıb, belə ki, sufilərə dövlət səviyyəsində tolerantlıq azalıb.

Onlar hansı təzyiqlərlə qarşılaşır?

Dərvişlər dövlət tərəfindən təzyiqlər və təhqirlər haqda illərdir şikayət edir.

Onların bəzi ibadət yerləri son illərdə dağıdılıb, qrupun yüzlərlə üzvü saxlanılıb, onlarla üzvü isə həbs və şallaq cəzaları alıb, ya da xaricə sürgün edilib.

2006-cı ildə sufilərin Qumda ibadət yeri dağıdılıb və min dərviş yüzlərlə insanın xəsarət aldığı toqquşmalardan sonra saxlanıb. Rəsmilər sufilərin prezidentə məxsus binanı ibadət yerinə çevirdiyini və onu boşaltmaqdan imtina etdiyini iddia edib.

Dərvişlər həmçinin rəsmiləri tərəfdarlarını hökumət işlərindən çıxarmaqda və Qonabadi qrupu ilə əlaqələrinə görə universitetlərdən xaric etməkdə ittiham edib.

Nyu Yorkda qərargahlanan İranda İnsan Haqları Mərkəzi Qonabadi dərvişləri qrupunun üzvü Sepideh Moradi Sarvestaninin “rəsmilər tərəfindən qəbulediləz hesab edilən fəaliyyətlərlə məşğul olmamaq andı vermədiyinə görə” fevralın 3-də Tehranın Tərbiyət Modares universitetindən xaric edildiyi haqda məlumat verib.

2013-cü ildə azı altı sufi Majzooban.org saytı ilə əlaqələrinə görə 7 il yarımdan 10 il yarım müddətinə qədər həbs cəzası alıb. Veb sayt dövlətin dərviş qrupunun üzvlərinə qarşı təzyiqləri haqda məlumat verir və bu məlumatları sosial mediada yayır.

Dərvişlər bu təzyiqlərə müqavimət göstərirmi?

Dərvişlərin çoxu İran dövləti tərəfindən təzyiqlərə etirazlar, oturaq nümayişlər, aclıq aksiyaları, ya da hüquqlarının təmin olunması tələblərilə məktub kampaniyaları ilə müqavimət göstərir.

2014-cü ildə yüzlərlə dərviş həbsdə aclıq aksiyası keçirən sufilərə dəstək bildirmək və rəsmiləri Qonabadi dərvişlərinin cəmiyyətin bərabərhüquqlu üzvləri kimi vətəndaş hüquqlarına hörmət etməyə çağırmaq məqsədilə Tehranın baş prokurorunun ofisinin qarşısında toplaşmışdı.

Onlar həmçinin qarşılaşdıqları təzyiqlər haqda məlumatlandırmanın artırılması və “rəsmi xəbərlərdə boykot”a son qoyulması məqsədilə sosial mediada xəbərlər və məlumatları artırır.

Beynəlxalq ictimaiyyətin məsələyə münasibəti

İranda dərvişlərə qarşı təzyiqlər BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi və ABŞ Dövlət Departamentinin hesabatlarında öz əksini tapıb.

İnsan haqları qrupları uzun müddətdir İranı azlıqların hüquqlarını pozmaqda ittiham edir. İran bu ittihamları rədd edir.

Son hadisələr

Bu yaxınlarda müşahidə edilən toqquşmalar dərvişlərin deyildiyi kimi, Tabandenin iqamətgahını mühafizə etmək məqsədilə Tehrana səfər etmiş icma üzvünün həbsindən sonra baş verib.

Qonabadi dərvişlər icmanın üzvü, 72 yaşlı Nematullah Riahinin həbsinə etiraz olaraq fevralın 19-da Tehranda polis idarəsinin qarşısında toplaşıb.
İranın İslam İnqilabı Qvardiyası Korpusu ilə əlaqəsi olan yarı-rəsmi Fars xəbər agentliyi fevralın 19-da sufi qrupunun üzvünün avtobusu polis zabitlərinin üzərinə sürərək, üç nəfəri öldürdüyü və onun həbs edildiyi haqda məlumat verib.

Majzooban.org Telegram sosial media platformasında sufilərin iştirakını rədd edib.

Lakin Qonabadi icmasının üzvlərinə iqtibas edən İran mediası qrupun bir üzvünün toqquşmalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi haqda xəbər verib.

Avstraliyada qərargahlanan Majzooban.org dərgisinin redaktoru Fərhad Nuri Fərda radiosuna dərvişlərin hadisədə iştirak etmədiyini və zorakılıq yaratmaq istəyən müxalif fəalların günahlandırılmalı olduğunu bildirib.

“İran iqtidarına qarşı zorakılıq aktları yaratmağa çalışan müxalif qruplar var”, Nuri Fərda radiosuna müsahibədə deyib.

O bidirib ki, dərvişlər son on ildə heç vaxt zorakılığa yol verməyib, “onlar özlərini zorla müdafiə edə bilir”, o bildirib.

Video görüntülərdə bəzi dərvişlərin əlində dəyənək və bıçaq olması ilə bağlı sualın cavabında isə o, “hücuma məruz qalanda özünüzü müdafiə etmək üçün nə etməlisiniz?” sualını verib.

“Dərvişlər inanır ki, onların hamısı bir-birinə bağlıdır, əgər birinə hücum edilirsə, başqaları ona yardıma gəlir”, o əlavə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda etirazlar zamanı həbs edilmiş gəncin həbsxanada ölümü narahatlıq doğurur

    İranda etirazlar zamanı həbs edilmiş gəncin ...

    9-01-2018, 10:00

  • 
  • İranda etirazlar zamanı həbs edilmiş gəncin həbsxanada ölümü NARAHATLIQ DOĞURUR

    İranda etirazlar zamanı həbs edilmiş gəncin ...

    9-01-2018, 11:50

  • 
  • Fransada polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib

    Fransada polis və ingilis azarkeşləri arasında ...

    10-06-2016, 23:05

  • 
  • Putinin rəqibi kimdir?

    Putinin rəqibi kimdir? ...

    5-01-2018, 11:43

  • 
  • Hansı məşhurlar oruc tuturlar? - SORĞU

    Hansı məşhurlar oruc tuturlar? - SORĞU ...

    2-06-2017, 15:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu