“Bəşər Əsəd rejimi və YPG terror təşkilatı Afrinlə bağlı bazarlıq edib, amma anlaşa bilməyib”.
Bu sözləri Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ “Anadolu” agentliyinin suallarına cavab verərkən söyləyib.
Bəkir Bozdağ deyib ki, Türkiyə bölgədəki terror təşkilatlarını və terrorçuları təmizləyənə qədər hərbi əməliyyatlar davam edəcək: “Əgər orada rejim qiyafə dəyişdirib YPG/PYD qılığına girərsə, onlar hədəfdir. Milislər girərsə, onlara da heç bir fərq qoyulmayacaq. Bu terror təşkilatlarının yanında Türkiyə Silahlı Qüvvələrinə qarşı kim vuruşacaqsa, onlar da bizim qarşımızda hədəf olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?