Terror təşkilatı PKK/PYD-nin informasiya naziri və Afrin məsələsində Əsədlə danışıqları aparan Önər Alluş, təşkilat tərəfindən edam edilib.
Yerli mənbələrdən alınan məlumata görə, terror təşkilatı PKK/PYD-nin informasiya naziri və Afrin məsələsində Əsədlə danışıqları aparan Önər Alluş, Tel Abyatdakı evində ölü olaraq aşkar edilib. Xəbərə görə, Tel Abyatdakı evində ölü tapılan Önər Alluşun, 20 günlük prosesdə Hələb və Dəməşqdə apardığı danışıqların uğursuzluqla sona çatmasından sonra PKK tərəfindən 2 gün əvvəl Tel Abyata çağrıldığı bildirilib. Alluşun, uğursuzluqlarına görə, təşkilat tərəfindən edam edildiyi iddia edilir. Tel Abyat və Raqqanın işğalından öncə qurulan PKK bələdiyyə məclislərinin də rəhbəri olan Önər Alluş, eyni zamanda təşkilatın informasiya naziri kimi də çıxış edirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?