Britaniya, Fransa və Almaniya liderləri Rusiyanın sabiq casusun zəhərlənməsinin arxasında durmaqda günahlandıraraq, İkinci Dünya Müharibəsindən sonra Avropada ilk dəfə əsəb maddəsindən istifadə edildiyini bildirib.
Hökmən belə görünür ki, bu işin arxasında ruslar durub. Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Trampın birgə bəyanatında deyilir ki, Rusiyanın hadisədə əli olmadığına inandırıcı alternativ izahat yoxdur.
Bəyanatda liderlər Rusiyanın hücumla bağlı bütün sualları cavablandırmasına çağırılır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Britaniyanın gətirdiyi dəlillərə əsasən, keçmiş rus casus və onun qızının İngiltərədə zəhərləndirilməsinin arxasında Rusiyanın durduğunu etiraf etsə də o, Moskvanı “faktlar əldə edilənə qədər” ittiham etməkdən çəkinirdi. Lakin bu dəfə prezident mövqeyinə aydınlıq gətirib.
Britaniya Rusiyaya Sovet İttifaqında hazırlanmış əsəb sisteminə təsir edən maddədən Skripalın zəhərləndirilməsində necə istifadə edildiyinə dair izahat istəyib.
Rusiyanın xarici işrlə naziri Sergey Lavrov Moskvanın ittiham edilməməli olduğunda israr edərək, Rusiyanın yalnız Britaniya təhqiqatının istifadə edilən kimyəvi maddənin nümunələrini təqdim etdiyi halda əməkdaşlıq edə biləcəyini bildirib.
Britaniyanın xarici işlər naziri Boris Conson deyir ki, ölkəsinin hüquq-mühafizə orqanları Britaniyada aktivləri olan varlı rusiyalılarla bağlı təhqiqat aparır. Onun sözlərinə görə, sərvətini prezident Vladimir Putinlə əlaqələr hesabına yığmış şəxslər ədalət mühakiməsinə verilə bilər.
Martın 15-də danışan Johnson ölkəsinin bir gün öncə Rusiyayla bağlı açıqladığı addımları müdafiə edib. Bu arada Britaniya hökumətinə deputatlar və media təzyiq göstərir ki, Rusiyaya qarşı sərt mövqe göstərsin.
Kreml isə martın 15-də bildirib ki, Londonun zəhərlənmə hadisəsi ilə bağlı atdığı addımlar “məsuliyyətsiz”dir. Interfax xarici işlər naziri Sergey Lavrova istinadla yazıb ki, Rusiyanın “cavabı tezliklə gələcək, sizi əmin edirəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?