GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...

Tarix: 17-03-2018, 12:22 Bölmə :Dünya Baxış: 309
Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...


Rusiya prezidenti Vladimir Putinin martın 1-də Federal Məclisə müraciətində ilk dəfə təqdim etdiyi nüvə silahlarından biri-nüvə yanacaqlı mühərriklə təchiz olunan və 100 meqatonluq nüvə başlığı daşıyan sualtı pilotsuz aparatı Yerdə həyatı təhdid edir.

Bu barədə “Business İnsider” nəşrinə müsahibəsində nüvə silahının tətbiqinin nəticələrini araşdıran mütəxəssis Stiven Şvarts bildirib.

Mütəxəssisin sözlərinə görə, nüvə silahının Yer səthində və ya yaxınlığında detonasiyası nüvə çöküntüsü yaradır. Partlayış zamanı alov buludu qruntu və ya suyu özünə çəkir, onları radionuklidlərlə zənginləşdirir, hissəciklər atmosferə atılır və böyük məsafələrə yayılır.

ABŞ-ın nüvə silahları düşmən ərazisində kütləvi tələfata səbəb olmaq üçün nəzərdə tutulub. Bu zaman nüvə başlığı havada detonasiya edir və məhvedici amil kimi zərbə dalğası nəzərdə tutulur. Nəticədə üzərində nüvə bombası partlayan şəhər tamamilə dağılır, amma radioaktiv çirklənmə minimal olur. Lakin Putinin nümayiş etdirdiyi “Status-6” sualtı pilotsuz aparatının nüvə başlığı suyun dərinliklərində detonasiya edəcək, üstəlik başlığın tərkibində kobalt-59 elementi də var. Partlayışdan sonra neytronları özünə çəkərək bu izotop kobalt-60 radiaktiv izotopuna çevriləcək.

Tərkibində kobalt-60 izotopu olan toz və su hissəçiklərini külək episentrdən minlərlə kilometr uzaqlara apara bilər. Əgər “Status-6” Vaşinqton yaxınlığında partlasaydı o zaman radioaktiv tullantılar Kanada və Meksikaya qədər yayılardı. Üstəlik şüalanmanın norma həddinə qayıtması üçün 50 il vaxt tələb olunacaq. Mütəxəssis deyir ki, radiasiya ilə çirklənmiş istənilən ərazi yaşayış üçün yararsız olacaq. Yerin altında gizlənən insanlar üzə çıxan kimi şüaya məruz qalıb öləcəklər.

ABŞ kəşfiyyatı Yerdə həyatı təhdid edən bu dəhşətli silah barədə hələ bir neçə il əvvəldən məlumatlı idi. 2016-cı ilin dekabrında “The Washington Free Beacon” ABŞ kəşfiyyatının nümayəndələrinə istinadən Rusiyanın Birləşmiş Ştatlar limanlarına və sahilboyu ərazilərinə strateji təhdid yaradan inqilabi atom sualtı aparatının sınaqdan keçirildiyinin Pentaqon tərəfindən qeydə alındığını yazmışdı. Pentaqon bu aparata şərti olaraq “Kanyon” adı verib. Bildirilirdi ki, aparat noyabrın 27-də “Sarov” tipli sualtı qayıqdan buraxılıb. Sınaqların harada keçirildiyi barədə məlumat verilməyib.

“The Washington Free Beacon” bildirirdi ki, Rusiyanın belə silaha malik olduğu haqda hələ 2015-cı ilin sentyabrında məlumat əldə edib. Bundan iki ay sonra Rusiya hərbçiləri silah barədə məlumatı “səhvən” dövlət televiziyasına sızdırıblar. Bu sızmaya əsasən “Status-6” çoxməqsədli okean sistemi üzərində Rusiyanın “Rubin” konstruktor bürosu işləyirdi. Bu müəssisə Rusiyanın sualtı qayıqlarının işlənib hazırlanması ilə məşğuldur.

ABŞ kəşfiyyat agentlikləri müəyyən etmişdilər ki, sualtı dron 100 meqaton gücündə nüvə başlığı daşıyacaq. Bu, milyon ton trotil effektinə bərabərdir. Silahın ABŞ-ın sahilboyu əraziləri və limanları, o cümlədən sualtı qayıqların bazaları üçün nəzərdə tutulduğu bildirilirdi. Həmin bazalar Corciya ştatının sahilində, Kinqs-Bay və Vaşinqton ştatı sahillərində Pyucet-Saund bazalarıdır.

Pentaqonun keçmiş məmuru Mark Şnayder Rusiyanın yeni sualtı nüvə vasitəsini sınaqdan keçirməsini strateji təhdid adlandırmışdı. “Nüvə mühərrikli sualtı aparatın daşıdığı “Status-6” nüvə silahı Putin Rusiyanın düşündüyü ən məsuliyyətsiz nüvə proqramıdır. Bu silah mülki əhalini böyük partlayış və eyni zamanda nüvə çirklənməsi ilə məhv etməyə hesablanıb. Hansı ki, istənilən hərbi münaqişənin qanunlarına ziddir”-o deyib.

“Status-6” okean sularının dərinliklərində saatda 56 uzl sürətlə hərəkət edərək nüvə başlığını 10 min kilometr məsafəyə daşıya bilər. Bu silah Amerika qitəsinin sahilləri boyu nəhəng sunami də yaratmağa qadirdir. O vaxt ABŞ kəşfiyyat strukturları belə qənaətə gəlmişdi ki, Rusiya “Status-6” proqramı barədə sızmanı qəsdən edib, məqsəd Vaşinqtonu Avropada raketdən müdafiə sistemləri qurmaqdan çəkindirməkdir.

O vaxt “Rossiyskaya qazeta” da “Status-6” sualtı aparatının döyüş başlığının böyük ərazilərdə güclü radioaktiv çirklənməyə səbəb olan kobalt-60 izotopu daşıdığını yazmışdı. Şnayder demişdi ki, kobalt bombası “dünyanın sonu” konsepsiyasına əsaslanan silahdır və soyuq müharibə dövründə düşünülmüşdü. Amma heç vaxt bu sahədə işlər aparılmamışdı./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyib

    İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə ...

    19-02-2015, 22:24

  • 
  • Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi

    Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi ...

    11-01-2016, 13:56

  • 
  • Şimali Koreya bu ölkəni də nüvə silahı ilə təhdid etdi: "Payınızı alacaqsız!"

    Şimali Koreya bu ölkəni də nüvə silahı ilə təhdid ...

    24-04-2017, 10:46

  • 
  • İran öz nüvə probleminin həlli üçün yeni plan təqdim edib

    İran öz nüvə probleminin həlli üçün yeni plan ...

    16-10-2013, 14:10

  • 
  • Rusiya ən böyük nüvə həmləsini etdi - 16 raket atıldı

    Rusiya ən böyük nüvə həmləsini etdi - 16 raket ...

    7-03-2016, 14:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu