GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Azərbaycanlılar Almaniyadan niyə deportasiya olunur?

Azərbaycanlılar Almaniyadan niyə deportasiya olunur?

Tarix: 19-03-2018, 11:39 Bölmə :Dünya Baxış: 351
Azərbaycanlılar Almaniyadan niyə deportasiya olunur?


Əksər ölkələrdə müəyyən səbəblərdən insanların xarici ölkələrə miqrant axını müşahidə edilir.

İnsanlar rəsmi və qeyri-rəsmi yolla xaricə gedib, orada yaşayayırlar. Lakin hər kəs bu mövzuda şanslı ola bilmir. Üz tutduğu ölkələrin necə deyərlər, sərt qərarları ilə qarşılaşır və deportasiya olmaq məcburiyyətində qalırlar.

Son zamanlar azərbaycanlıların da Almaniyadan kütləvi deportasiyasının olduğunu müşahidə edirik. Maraqlıdır, bunun səbəbləri nələrdir? Yaxud bu, həqiqətən də reallığa uyğundurmu?

Almaniyada yaşayan Dünya Azərbaycanlıları Assambleyasının (DAA) sədri Rəşad Quliyev Modern.az saytına açıqlamasında deyib ki, Almaniya dövləti hansısa millət arasında fərq qoymur:

“Bu kütləvi göndərilmə halı əfqanlılardan tutmuş gürcülərə qədər – hamıya şamil olunur. Məsələ budur ki , Almaniya son illər qaçqınlıq və oturma statusu ilə bağlı proseduru sürətləndirib. Əgər öncəki illər bu prosedurla bağlı illər lazım olurdusa və ya şəxs doğru ad və soyadını verməyib gizlədir və bununla da prosesin naməlum müddətə qədər uzanmasına nail olurdusa, artıq belə deyil. Yəni Assosativ müqavilənin şərtlərinə və “Şərq Tərəfdaşlıq” proqramına daxil olan ölkələrlə Avropa İttifaqı arasında imzalanmış və ratifikasiya olunmuş readmissiya haqqında qanuna görə- bu qanun qarşılıqlı məlumat mübadiləsi öhdəliyidir- şəxs artıq özünü gizlədə bilmir. Beləliklə proses tezləşir və artıq bundan sonra yalnız bir imkanı qalır. Qaçqınlar İdarəsindən gələn neqativ qərarı üst məhkəmə orqanına şikayət etmək”.

R.Quliyev qeyd edib ki, məhkəmə instansiyalarındakı proseslər də sürətləndiyindən şəxslərin burda qalmaq, zaman qazanmaq şansları azalır:

“Məhkəmə prosesindən sonra əgər məhkəmə şəxsin Avropada oturum alması haqqında qərara müsbət baxmırsa, bu şəxsin geri göndərilməsi prosesi başlayır. Həm də bunu nəzərə almaq lazımdır ki, son illər dünyada cərayan edən qlobal krizis ölkəmizdən də yan keçə bilməyib. Bəzən şəxslər işsiz qaldığında şansı Avropada oturum almaqda görür. Buna görə də gələnlərin sayında da artım var və beləlikləgöndərilənlərin də sayında artım müşahidə edilir. Amma göndərilmə hər kəsə şamil olunmur. Məsələn,elə sizinlə danışarkən “miqrasiya nədir , bunun üçün nələr edilməlidir” sualı ilə mənə müraciət edən şəxsin oturum cavabı gəldi. Bu şəxs də çox gənc bir həmyerlimizdir, təxminən 23 24 yaşındadır . Deməli burdan belə qənaətə gəlmək olar ki, göndərilmə azərbaycanlılara ayrıcalıq formasında tətbiq olunmur”.

Müsahib deyib ki, zaman keçdikcə hər yerdə qanunlar və texnika təkmilləşir, o cümlədən Almaniyada:

“Müxtəlif üsullarla gələn miqrantların kimliyi, onun sosial durumu və sair tez bir zamanda müəyyən olunur və bu da Almaniya və ya Avropa yetkililərinə tez bir zamanda müəyyən qərar çıxarmağa imkan verir. Onu da deyim ki, Almaniya Türkiyədən sonra ən çox müsəlman qaçqın qəbul edən dövlətdir. Baxmayaraq ki,bu ölkədə Xristitan Demokratlar hakimiyyətdədir. Ancaq bu dövlət ən çox müsəlman qəbul edən xristian dövlətidir”.

Almaniyada diaspor fəaliyyəti ilə məşğul olan digər həmvətəndaşımız Toğrul Əziz deyib ki, Almaniya Federal Qaçqınlar İdarəsinin azərbaycanlılara qarşı özəl ayrı-seçkiliyi yoxdur:

“Deportasiya hallarının artmasını kütləvilik kimi dəyərləndirməzdim. Son aylar Almaniyadan sığınacaq istəyənlərin ümumi sayında azalma var, bu da müraciəti açıq qalanların işlərinə daha sürətli baxılmasına gətirib çıxarır. Yəni sığınacaq üçün müraciət edənlərin işlərinə daha sürətli baxılır.
Digər tərəfdən isə Azərbaycan vətəndaşları siyasi sığınacaq istəsə də, onların əsasən iqtisadi əsaslarla Almaniyaya gəldikləri Federal Qaçqınlar İdarəsinə də məlumdur. Cenevrə Konvensiyasına əsasən siyasi problemlərini isbat edə bilməyən qaçqınlar deportasiya olunur”./minval
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniyadan Hüseyn Abdullayevə "stop"

    Almaniyadan Hüseyn Abdullayevə "stop" ...

    7-11-2013, 11:51

  • 
  • Cənub bölgəsində Rusiyaya gedənlər kütləvi şəkildə geri qayıdır

    Cənub bölgəsində Rusiyaya gedənlər kütləvi ...

    7-11-2013, 11:14

  • 
  • Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq aldı

    Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq ...

    13-12-2013, 10:25

  • 
  • Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan çıxarılır

    Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan ...

    6-09-2014, 12:40

  • 
  • Şəmkir, Tovuz, Qazax, Lənkəran - ən çox bu bölgələrdən Rusiyaya mühacirət ediblər

    Şəmkir, Tovuz, Qazax, Lənkəran - ən çox bu ...

    19-11-2013, 12:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (162)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu